İmmunitet nədir? – İmmuniteti artırmaq üçün VASİTƏLƏR

İmmunitet nədir? – İmmuniteti artırmaq üçün VASİTƏLƏRBiG.AZ milli.az-a istinadən tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.

İmmunitet nədir sualına ilk cavab "orqanizmin xəstəliklərə qarşı müqavimət gücü" olur. Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə az məruz qalsın və tutulduqda da onları rahat keçirsin? Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görürlər.

Allah bizim hamımıza bəlli bir ömür vermişdir, biz bu ömrü sağlam da yaşaya bilərik, xəstə də. Elə yaşamaq lazımdır ki, bizə Allahın əmanəti olan can həmişə sağlam olsun. İmmunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, çiy su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.

Çalışmaq lazımdır ki, doğuş təbii yolla olsun, bunun yenidoğulmuşun immun sisteminə faydası çoxdur. Analar maksimum dərəcədə körpəni ana südü ilə böyütməlidir. Televiziya reklamlarında süni qidaların ana südündən daha faydalı olduğu deyilsə də bu fikirlər əsassızdır. Çünki ana südünün tərkibində xüsusi antitellər var, bunlar uşağın orqanizminə daxil olaraq immuniteti formalaşdırır.

Sağlam olmaq üçün nə etməliyik?

Birinci növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir edir.

Hər yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərin qəbulu, hər dəfə yalnız 1 növ yeməyin yeyilməsi və qida məhsullarının bir-birinə qarışdırılmaması önəmlidir. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədəni yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış süfrədən durun. Yemək zamanı göyərtilərdən, soğandan, sarımsaqdan bol istifadə edin. Meyvəni ya yeməklərdən yarım saat əvvəl, ya da 2 saat sonra yeyin.

Hər gün açıq havada 2 saata yaxın gəzmək bədənin müqavimətini artırır.

İmmunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir. Özünüzü əsəb və stresdən qoruyun.

Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş edin, bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0.8 litr çiy su için. Gündə 1 stəkan bal şərbəti için, ona alma sirkəsi də qarışdırılsa daha yaxşıdır. Gündə 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti artırır. Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, udi hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın, dəvədabanı, bibəriyyə, adaçayı, solmazçiçəyi, ballınanə, kəklikotu, itburnu, qatırquyruğu kimi bitkiləri növbəli şəkildə çay kimi dəmləyib içdikdə və ya 10 gün müddətində gündə 3 stəkan İmmunotea çayı qəbul etdikdə immun sistemi gücləndirmiş oluruq.

İmmuniteti artırmaq üçün məcun:

- Zəncəfil tozu - 50 qram

- Jenşen kökünün tozu - 50 qram

- Çiçək tozu - 50 qram

- Ud hindi tozu - 50 qram

- Exinaseya kökünün tozu - 50 qram

- Biyan kökünün tozu - 50 qram

- Bal - 750 qram

- Keçibuynuzu bəkməzi - 750 qram.

Mövsümi meyvələri bol-bol yeyin, infeksion xəstəlik yayılmış yerlərə getməyin. İnsanın sağlam olması üçün orqanları qida maddələri və oksigenlə təmin edən qanın mütləq təmiz və saf olması lazımdır. Bunun üçün ildə 2 dəfə həcəmət (hicama) etdirmək, həmçinin ildə 2 dəfə, hər dəfə 40 ədəd olmaq şərti ilə zəli qoydurmaq faydalıdır.

İmmunitetin həmişə yüksək səviyyədə olması üçün xüsusi məcun hazırlamaq olar. Böyüklər ildə iki dəfə hər dəfə də 1 kq, uşaqlar isə 0.5 kq hazırlanan məcundan yeməlidir. Qəbul dozası belədir: böyüklər 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2208   Tarix: 10 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təzyiqiniz varsa, böyrəyinizi yoxlatdırın

Böyrəklərimiz bədənimizin səssiz çalışan qəhrəmanları kimidir. Bir çox problemlərin səbəbi də böyrəyin xəstə olmasından irəli gəlir. Axşam.az xəbər verir ki, böyrəklər yalnız sidik ifraz etmir, eyni zamanda orqanizmin kimyəvi laboratoriyası və tarazlıq mərkəzi kimi fəaliyyət göstərir. Həmçinin qan təzyiqini

14.02.2026 357
.

Canan Karataydan iftar və imsakla bağlı vacib tövsiyələr

Ramazan ayında dəyişən qidalanma vərdişləri ilə bədəndə şişkinlik, qaz və yorğunluq problemləri yaranır. Ölkə.Az xəbər verir ki, türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay bu mövzuda bir sıra tövsiyələr verib. Qablaşdırılmış qidaları və şəkərli içkiləri "qara" siyahıya daxi

20.02.2026 411
.

Elmdə sıçrayış: Parkinsona qarşı inqilabi dərman təsdiqləndi

Parkinson xəstəliyinin müalicəsi üçün induksiya edilmiş plyuripotent kök hüceyrələri (iPS hüceyrələri) əsasında hazırlanmış dərman Yaponiyada qismən təsdiqlənib. bildirir ki, bu barədə Kioto Universitetinin iPS Hüceyrə Tədqiqatları və Tətbiqi İnstitutundan məlumat verilib. "Bu, irəliyə doğru böyü

22.02.2026 166
.

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Soyuq havalarla əlaqədar çətin və depressiv günlər yaşayırsınızsa, qidalanmağınıza fikir verməklə bundan tez bir zamanda xilas ola bilərsiniz. BİG.AZ əhvalınızı yüksəldəcək qidaların siyahısını təqdim edir:. Yaşıl bitkilər. İspanaq, Brüssel kələmi kimi qidalar depressiya simptomlarının azalmasına səbə

09.02.2026 601
.

Yaşlanmanın ilk izi - Göz ətrafı üçün doğru baxım necə olmalıdır?

Üz nahiyəsində zamanı ən tez büruzə verən hissə göz ətrafıdır və bunun səbəbi təkcə mimik hərəkətlər deyil. -ın məlumatına görə, göz ətrafı dərisi üzün digər sahələrinə nisbətən təxminən 40 faiz daha nazikdir, yağ toxuması az, kollagen dəstəyi isə məhduddur. Gün ərzində minlərlə dəfə göz qırpılması b

15.02.2026 291
.

Cəmi bir yuxu qaydası ömrünüzə ömür qatır: Alimlər açıqladı

Uzun və sağlam yaşamağın sirri təkcə idman və ya pəhrizdə deyil. Harvard Universiteti mütəxəssislərinin də daxil olduğu genişmiqyaslı araşdırma göstərir ki, "yuxu rejimi" (yuxu nizamı) ürək sağlamlığından immun sisteminə qədər hər şeyi kökündən dəyişir. xəbər verir ki, araşdırmanın ən mühü

08.02.2026 489
.

Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir

Diş itkisi bir çox hallarda estetik problem kimi qəbul edilsə də, bunun ümumi sağlamlığa ciddi təsir göstərdiyi bildirilir. -ın məlumatına görə, bu barədə həkim Serra Oğuz Ahmet açıqlama verib. Onun sözlərinə görə, elmi araşdırmalar diş çəkildikdən sonra ilk 6-12 ay ərzində çənə sümüyündə 25-40 faizədə

07.02.2026 340
.

"Nine Senses"in akademik rəhbəri: "Sağlamlığın həqiqi sirləri açılacaq"

"Sağlamlıq Günü tədbiri "Nine Senses Fest"ə dəstək vermək məqsədi daşıyır". Bu sözləri -a açıqlamasında "Nine Senses" mərkəzinin akademik rəhbəri Natalya Jukova deyib. O bildirib ki, festivalın bu il iyunun 12-dən 14-dək keçirilməsi nəzərdə tutulur:. "Artıq ənənəy

07.02.2026 370
.

Saqqız udmaq təhlükəlidirmi?

Əvvəllər saqqız tropik bölgələrdə yetişən manilkara (manika) zapota ağacının şirəsindən hazırlanırdı. Elastik quruluş əldə etmək üçün tərkibinə parafin mumu əlavə olunurdu. Zamanla istehsal prosesi dəyişdi və saqqız sintetik kauçuk əsaslı materiallardan hazırlanmağa başladı. Bu isə ona müxtəlif dad v

12.02.2026 490
.

TOP MP3