Azərbaycanda kişi qızının nişanına gələn 13 yaşlı qızla cinsi əlaqədə oldu

Azərbaycanda kişi qızının nişanına gələn 13 yaşlı qızla cinsi əlaqədə olduZərdab rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1970-ci il təvəllüdlü Söhrab Eyyubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, Zərdab rayonunun Şahhüseynli kəndində fərdi yaşayış evində Söhrab Eyyubov 2016-cı il iyunun 6-da qızının nişan mərasimində qonaq olan 2002-ci il təvəllüdlü Məlahət Nəbiyeva ilə (ad və soyad şərti verilib - red.) təbii yolla cinsi əlaqədə olib.

Daha sonra o, həmin il avqustun 26-da qızının toy mərasimində yenə də öz evində, 2018-ci ilin may ayında isə onun yaşadığı evdə Məlahət Nəbiyeva ilə təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Söhrab Eyyubovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Zərdab Rayon Məkəməsinin hökmü ilə Söhrab Nəbiyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş və onun qanuni nümayəndəsi apelyasiya şikayəti verib, Söhrab Eyyubovun cəzasının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmiş qeyd edib ki, Söhrab Eyyubov ona təcavüz edən zaman hədə-qorxu gəlib, bu barədə heç kimə bir söz deməməsini tapşırıb. Bundan başqa, Söhrab Eyyubovun da müdafiəçisi apelyasiya şikayəti verib, təqsirləndirilənin günahsız olduğunu iddia edib.

Müdafiəçi qeyd edib ki, məhkəmə tərəfindən işə obyektiv, hərtərəfli yanaşılmayıb, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməyib. Söhrab Eyyubov Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmək niyyəti olmayıb: "13 yaşlı qızın xeyir iş olduğu evdə qızlıq pərdəsinin tamlığı pozulması və bu olanlardan nişana gələnlərin heç birinin xəbərinin olmaması, sonradan 13 yaşlı həmin qızın heç nə olmamış kimi tam sərbəst və sağlam vəziyyətdə, yəni heç bir ağrısız məclisdə iştirak etməsi nişan diskində əks olunub.

Video-görüntüdən də görünür ki, xeyir iş olan həyət və ev bütünlüklə gəlib-gedənlərlə, qonaqlarla dolu olub. Otaqlar həmin gün daim girişli-çıxışlı olub ki, bu vəziyyətdə nəinki cinsi əlaqə, heç gizli söhbət də mümkün deyildir".

Müdafiəçi daha sonra qeyd edib ki, işdə başqa bir ziddiyyət də var: "Ziddiyyət odur ki, xeyir iş olan həmin gün Məlahət Nəbiyeva səhərdən axşama qədər nişana gələn qonaqların içərisində olub, danışıb-gülüb, hətta oynayıb, vəziyyətində heç bir qeyri-adilik müşahidə edilməyib. Eyni zamanda, məhkəmə-tibbi ekspertizasının 11 mart 2019-cu il tarixli, 39 nömrəli rəyində göstərilib ki, Məlahət Nəbiyevanın bədən səthində hər hansı bir xəsarət aşkar olunmayıb, qızlıq pərdəsinin tamlığı pozulub, müddəti müayinədən 2-3 həftə əvvələ uyğundur.

Ona görə də, tam əminliklə belə qənaətə gəlmək olur ki, Məlahət Nəbiyevanın qızlıq pərdəsinin tamlığı 2015-ci ilin dekabr ayında və yaxud 2016-cı ilin yay aylarında Söhrab Eyyubov tərəfindən deyil, 2019-cu ilin fevral ayında zərərçəkmiş tərəfin şüurlu olaraq planlı şəkildə istintaqdan gizlətdiyi qeyri bir şəxs tərəfində pozulub. Bütün bunlar bir daha onu göstərir ki, məhkum Eyyubov qərəzli olaraq şərin və böhtanın qurbanı olub".

Müdafiəçi şikayətində Söhrab Eyyubovun barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş Məlahət Nəbiyevanın şikayəti təmin olunub. Söhrab Eyyubovun barəsində olan 2 il azadlıqdan məhrum etmə cəzası 3 ilə qədər artırılıb.

Söhrab Eyyubovun müdafiəçisinin şikayəti isə təmin olunmayıb.

Bu qərardan narazı qalan məhkumun vəkili kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Söhrab Eyyubovun müdafiəçisinin verdiyi kasasiya şikayəti də təmin olunmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3944   Tarix: 07 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

"Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını

18.12.2025 199
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

18.12.2025 263
.

Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB

Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind

18.12.2025 221
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

18.12.2025 194
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

18.12.2025 355
.

Özünə Londonda 8 milyon manatlıq villa ALDI

Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib. Xatırladaq ki, Hande Erçel bir müddət əvvə

18.12.2025 187
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

18.12.2025 202
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

18.12.2025 176
.

TOP MP3