Bu kartoflar insan sağlamlığı üçün zərərlidir

Bu kartoflar insan sağlamlığı üçün zərərlidirKartofun keyfiyyəti onun sortundan, yetişdirildiyi şəraitdən, daşınma və saxlanma şəraitindən asılıdır. Kartof düzgün şəraitdə saxlanmadıqda orqanoleptik xüsusiyyətində və tərkibindəki qida maddələrində baş verən dəyişikliklərlə yanaşı, bir çox göbələk xəstəlikləri də yaranır.

Ən çox rast gəlinən göbələk xəstəliklərindən biri kartofun qara çürüməsidir. Xəstəliyin törədicisi olan göbələklərin inkişafı nəticəsində məhsulun üzərində 55-160 mkm diametrli, qara rəngli, şarşəkilli piknidlər və birhüceyrəli, rəngsiz konidilər formalaşır. Qeyd edək ki, Phoma andigena göbələyi kartof bitkisinin yarpaqlarında qırmızımtıl rəngli, kiçik diametrli (2.5-10 mm) konsentrik ləkələr əmələ gətirir. Müəyyən vaxt keçdikdən sonra bu ləkələr qaralmağa başlayır.

Kartofun keyfiyyətinə mənfi təsirin qarşısını almaq üçün məhsulun saxlanma şəraitinə və temperatur rejiminə nəzarət olunmalıdır. Qeyd edək ki, gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaranmasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, boğazda yanma, başağrısı və baş dönməsi yaradır. Buna görə də rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün olduqca təhlükəlidir. Kartofun qaranlıq yerdə saxlanması vacibdir. Məhsulu polietilen torbalarda da saxlamaq olmaz. Kartofu hava keçirən kisələrdə, səbətlərdə və ya qutularda saxlamaq lazımdır. Karton qutularda saxlandığı təqdirdə qutunun divarlarında hava dəlikləri açılmalıdır. Bundan başqa, kartofu rütubətli şəraitdə, həmçinin soğan və ya sarımsaqla eyni və ya yaxın qutularda saxlamaq tövsiyə olunmur. Əks halda kartof qısa müddətdə cücərməyə başlayacaq. Məhsulu mümkün qədər sərin və quru şəraitdə saxlamaq lazımdır.

Qeyd edək ki, kartof saxlanan yerdə rütubət 85-90 faiz olmalıdır. Günəş işığı altında kartofun saxlanması üçün 21-22° C temperatur və 35-43 faiz rütubət tələb olunur. Qaranlıq və havalandırılmayan otaq şəraitində kartofun saxlanması üçün 20-21° C temperatur və 55-83 faiz rütubət təmin edilməlidir. Qaranlıq soyuducuda məhsulun saxlanması zamanı temperatur 4-6° C, rütubət 22-39 faiz, işıq altında isə 22-23° C və 33-47 faiz rütubət olmalıdır.

Məhsulun xarab olmasının qarşısını almaq üçün vaxtaşırı zədəli kartofları seçib kənarlaşdırmaq lazımdır. Çünki bir kartofda yaranan zədə digərlərinin də çürüməsinə səbəb olacaq.(modern)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1765   Tarix: 27 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879