Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Cəfərov - FOTO
Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupuna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Yüksək dövlət mükafatı ilə təltif olunanlar arasında şəhid polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlunun da adı var.
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Ramiz Cəfərov əslən Masallı rayonundandır, atası Sübhan Cəfərov Masallının Ağakişibəyli kəndindəndir.
Xüsusi təyinatlı polkovnik-leytenant Ramiz Cəfərov Vətən müharibəsində hərbi hissə komandirinin müavini kimi həmişə ön sırada olub, əsgərləri ilə çiyin-çiyinə döyüşüb. Göstərdiyi şücaətə görə ona "Qartal" ləqəbi verilib. Onun son döyüşü isə Şuşada olub. Ömrünün 28 ilini Vətənə xidmətə həsr edən Ramiz Cəfərov elə Vətən yolunda da şəhid oldu...
Ramiz Cəfərov 1973-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan və Azərbaycan Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün minlərlə milli zabit heyətini yetişdirən Ç.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbin (1988-1992) məzunu olub.
O, fiziki hazırlığı, bilik və bacarığı çox yüksək səviyyədə olan bir zabit idi. Rusiyanın Ryazan şəhərində desant məktəbində, daha sonra isə Bakıda ali hərbi məktəbdə təhsil almasına baxmayaraq, daim öz üzərində çalışan hərbçi kimi yaddaşlarda qalıb.
İgid döyüşçümüz Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib və hər zaman yüksək nailiyyətlərinə görə mühüm vəzifələrə layiq görülərək komandanlıq tərəfindən qiymətləndirilib. Rusiya və Türkiyədə keçirilən təlimlərdə iştirak edən peşəkar hərbçi idi. Sadəlik və təvazökarlıq da ona ən xas olan xüsusiyyətlər idi.
Ramiz Cəfərov Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara qatılıb. Şuşa şəhərində gedən döyüşlərdə nümunəvi igidlik göstərərək şəhid olub.
O, Ryazanda şəhid generalımız Polad Həşimovla bir yerdə oxuyub. Bakıdakı İkinci Fəxri Xiyabandakı məzarları da qonşudur.
İgid döyüşçümüz ikisi əkiz olmaqla 5 uşaq atası idi. (4 qız, bir oğlan). Sumqayıt şəhərində yaşayırdı.
Dekabrın 10-u, Bakıda Qələbə paradı keçirilən gün Ramiz Cəfərovun 46 yaşı tamam olur. Cəsur döyüşçümüz Böyük Qələbənin sevincini yaşamasa da, bu sevinci milyonlara bəxş etdi. Ramiz kimi zabitin ordu sıralarında yeri daim görünəcək...
Allah Vətənimizin bütövlüyü uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə rəhmət eləsin, ruhları şad olsun! Amin!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2107 Tarix: 10 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 374 Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq
Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"
11:45 207 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
10 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərin
14:10 168 Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 212 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
16:30 145 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
16:50 158 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
15:30 167 Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10:17 287 Gürcüstan 91 əcnəbini deportasiya edib
Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan
16:39 151