"Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən" - FOTO

"Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən" - FOTO"Oğlum təlimlərdən evə geri dönən zaman öz şəklinə baxıb mənə dedi ki, bir gün bu şəkildə sən şəhid görəcəksən, ana".

BiG.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında Vətən Müharibəsində şəhid olmuş kapitan Türkay Hüseynlinin anası Şəkər Hüseynova bildirib.

Onun sözlərinə görə, oğlunun gənc yaşlarından hərbiyə marağı olub və həmişə vətən üçün əlindən gələni edib:

"Mən özüm də Türkayı uşaq vaxtlarından hərbçi kimi təsəvvür etmişəm. Onu daim hərbi geyimdə görməyi arzulayırdım. Elə 2009-cu ildən onun yolu hərbiyə bağlandı. Daxili Qoşunların xüsusi təyinatlılarında həqiqi hərbi xidməti başa vurduqdan sonra bizimlə məsləhətləşib müddətdən artıq xidmətə başladı.

Qubaya təyinat alıb orada xidmət etdikdən sonra Türkiyədə xüsusi kurslar keçərək, gizir rütbəsi aldı. Qubada bu rütbədə çalışdıqdan sonra Ali Hərbi Məktəbdə zabitlik kursunu başa vurub leytenant rütbəsi aldı.

Sonra elə leytenant kimi də Qubaya qayıdıb orada işləyib. Onun hər rütbəsi qalxdıqca vətənə, hərbiyə sevgisi, istəyi artırdı, sevinci yerə-göyə sığmırdı".

Ş.Hüseynova bildirib ki, oğlu 2019-cu ildə Sumqayıt Daxili Qoşunlarına təyinat alıb və orada kapitan rütbəsinə qədər yüksəlib:

"Oğlum Sumqayıtda çalışdığı dövrdə də seçilən hərbçilərdən olub. İyul hadisələrində könüllü olaraq cəbhədə döyüşmək üçün adını yazdırmışdı. Döyüşlər qabağı ara-sıra təlimlərdə olurdular.

Bir gün Türkayın dolabda qalan şəklini çıxardım. Həmin zaman o, təlimlərdən gəlmişdi və şəkilə baxıb mənə dedi ki, ana, bir gün o şəkildə sən şəhid görəcəksən. Bu sözlərdən sonra keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Soruşdum ki, nəyə görə elə deyirsən, Türkay? Cavab verdi ki, heç, elə-belə dedim".

Şəhid anası bildirib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 28-də telefonla danışıb. Türkay anası nigaran qalmasın deyə ona daim şəhərdə olduğunu deyib:

"Türkayla sonuncu dəfə danışanda dedi ki, şəhərdəyəm, yoldaşlarla oturub çörək yeyirik. Ancaq sən demə, o, həmin zaman artıq döyüşlərdə imiş, sadəcə, mənə demirdi. Yaşadığımız məhəllədə şəhid bulağı var, dostları ilə sonuncu dəfə orada görüşəndə bulağa baxıb deyibmiş ki, bir gün mənim də şəklimi burada görərsiniz".

44 günlük Vətən Müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların arasında Azərbaycan ordusunun Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Türkay Hüseynli də olub. Türkay 2020-ci ilin 3 oktyabr tarixində Şəhidlik zirvəsinə ucalıb.

"Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən" - FOTO"Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən" - FOTO"Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1507   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 730
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 170
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1186
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 592
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 375
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 164
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 47
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 169
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 264