Operativ Qərargah MƏLUMAT YAYDI

Operativ Qərargah MƏLUMAT YAYDIAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 981 yeni yoluxma faktı qeydə alınıb, 1 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BiG.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 882 nəfərdir.

Ötən müddət ərzində 1 728 577 test aparılıb. Bugünkü test sayı isə 10 342-dir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2160   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş