Füzulidə minaya düşənlərin ölümlərindən öncə çəkdikləri SON VİDEO

Füzulidə minaya düşənlərin ölümlərindən öncə çəkdikləri SON VİDEOFüzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşərək həlak olan şəxslərin çəkdiyi son video yayımlanıb.

Sosial şəbəkələrdə yayılan videoda doğma yurdlarına qayıdan şəxslərin sevinci əks olunub.

Qeyd edək ki, 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə "Toyota" markalı avtomobil iki ədəd tank əleyhinə minaya düşüb. Nəticədə avtomobildə olan dörd nəfər həlak olub.

Həmin görüntüləri təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5365   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş