Makron özündən 24 yaş böyük qadınla niyə evləndi? – SİRLƏR AÇILIR

Makron özündən 24 yaş böyük qadınla niyə evləndi? – SİRLƏR AÇILIRMakron 15 yaşında özündən 24 yaş böyük Bricitə vurulanda atası Jan Mişel qışqırıb: "Heç olmasa imkan verin, uşaq həddi-buluğa çatsın. Ayıb olsun sizə".

BiG.AZ sfera.az-a istinadən xəbər verir ki, Bricit isə deyib ki, "bu bizim seçimdir". Məsələyə Makronun nənəsi Manett qarışıb. O da Bricit kimi müəllimə olmuşdu. Hər halda pedaqoq pedaqoqu anlayardı: "Uşağa yazığınız gəlsin. Sizin əriniz və 3 uşağınız var. Onun ağlı kəsmir, siz ki, böyüksüz".

Bricit yenə deyib ki, "biz ayrılmayacağıq". Valideynlər anlayıb ki, Emmanueli paytaxta – kollecə göndərmək lazımdır. Makron Parisə oxumağa gedib. Bricitin "La Monde" qəzetinə müsahibəsindən: "O Parisə təhsil almağa gedərkən dedi ki, "Bricit, nə edirsən et, mən səninlə evlənəcəyəm". O gedəndən sonra düşündüm ki, sevgi bitdi. Ancaq Makron hər gün mənə zəng edir və saatlarla danışardıq".

Onların tanışlığı dram dərnəyindən başlayıb. Bricit onun fransız dili və ədəbiyyatı müəlliməsi olsa da, dram dərnəyində şagirdlərlə məşq də edərmiş. Dramaturq Jan Tardyonun pyesindəki rol Emmanueli ele ovsunlayıb ki…

Ancaq çox sonralar bilinəcəkdi ki, onu ovsunlayan özündən 24 yaş böyük Bricit olub. Bricit ona əlavə dərs keçər və bu gizli sevgi görüşü xarakteri daşıyarmış. Saatlarla davam edən görüşlər gənc Emmanuelə ilk sevgini qazandırıb. Bricit yeniyetməlik yaşına çatmayan oğlanı yoldan çıxarıb.

Emmanuel Parisdə – IV Henri kollecində təhsil alarkən Bricit ərinə "orada təhsil kursum var" tipli uydurmalarla yaşadıqları Amyen şəhərindən gedər və günlərlə qayıtmazmış. Bankir əri arvadının tez-tez Parisə getməsindən şübhələnib. Məlum olub ki, arvadı gənc oğlana ərə gedəcək. Həmin gün Andre Lui qızlarını başına toplayaraq analarının əməlinin yolverilməz olduğunu bildirərək evdən həmişəlik çıxıb getməsini əsaslandırıb, yalnız 2006-cı ildə boşanmaq haqqında ərizəni məhkəməyə təqdim edib. Qızları özlərini təəccüblənmiş kimi göstərib "yazıq atamız, biz səni anlayırıq" desələr də, əslində məsələni çoxdan bilirmişlər.

Tədbirli ana bankir ərindən fərqli olaraq öz tədbirini görmüş, qızlarına gizli sevgisini danışmışdı. Bricitin Emmanuellə bir sinifdə təhsil alan qızı anasına xeyir-dua verib ki, bu bir sevgidir, yolun açıq olsun.

Bricit və Emmanuel sanki dünyanın acığına evləndilər. Ancaq bu doğrudanmı sevgidir? Məncə, burda tamam başqa nəsnə hökm sürür. Xüsusilə, vacib ölkələrdə prezident seçilən kişilərə həyat yoldaşları nəzarətçi formasında təhkim olunur. Onlar ərlərinin hər hansı vacib addım atacağını əvvəldən lazımı yerlərə məlumat verirlər. Bəzən əvvəldən hazırlanan rəhbərlərə Bricit kimi qadınlar lazımlıdır. Həyatı və hakimiyyət üsuli-idarəsindəki siyasi zənciri anlatsın.

Necə ola bilər ki, BMT-nin beş daimi üzvündən biri olan Fransanın prezidenti təsadüfi şəxs seçilsin? Ola bilməz, bu mümkünsüzdür. Belə ölkələrin prezidentləri əvvəldən hazırlanır, siyasi karyera yolunda əvvəldən qurulan sxem əsasında trayektoriya cızılır. Sizin fikrinizcə, Avropa üçün daim kabus kimi dolanacaq Almaniyanın kansleri təsadüfən, xalqın istəyi və demokratik əsaslarla seçilə bilərmi? Bu ağlasığmazdır, bu mümkünsüzdür. Konteksdən çıxıb onu deyim ki, Almaniyaya kansler seçilən şəxs ABŞ qarşısında öhdəlik götürür. Adını xatırlamıram – bunu Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbərindən biri ölümündən əvvəl etiraf etmişdi.

Beləliklə, məhz Bricit onun ilk müəlliməsi və siyasi bilicisi seçilmişdi. Yox bir, dəli-divanə olublar. Elə Rotşild bankında sədr müavini və sonralar ölkənin maliyyə naziri olması da, həmin siyasi hakimiyyət zəncirinin halqasıdır. Tutdunuz da, Rotşild nəslinin bankında. Makron bir alətdir. Bricitin də, elə onu bu posta hazırlayanların da əlində. Az qala unutmuşdum. Yadınıza gəlirsə, Turqut Özalın həyat yoldaşının məlum derjava tərəfindən ona nəzarətçi qoyulması barədə sözlər gəzirdi. Qəfildən xatırladım. Görəsən, Saakaşvili ilə Sandra necədir, payız fəslini doya-doya yaşaya bilirlərmi?

Yaddaşsızlığa görə məni qınamayın. Bir məsələ də yadıma düşdü. Bricitin nəsli şirniyyatçı olub. 19-cu əsrdə sadə fransızlar həmin nəslin istehsal etdiyi makaron formalı şokoladı çox sevərmişlər. Makron və makaron. Bricitin gələcək Makaronu. Yox, bəxt-qismət amili deyil. Təsadüfdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 28961   Tarix: 27 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424