Azərbaycanda tanınmış şairə VƏFAT ETDİ - FOTO

Azərbaycanda tanınmış şairə VƏFAT ETDİ - FOTOŞairə Nisə Bəyim (Rəhimova) vəfat edib.

BiG.AZ xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Rəhimli feysbukda yazıb.

Nisə Bəyim 1955-ci ildə Sabirabadda anadan olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunub.

"Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.

Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir...", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanıb.

"Yerə, Göyə, Tanrıya", "İlahi Vaxt", "Ulduz səsləri", "Ayla, Günlə bərabər" və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin.

Azərbaycanda tanınmış şairə VƏFAT ETDİ - FOTOAxşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2262   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş