Yonca Evcimikdən QALMAQALLI KLİP: Elə sözlər işlətdi ki... - VİDEO

Yonca Evcimikdən QALMAQALLI KLİP: Elə sözlər işlətdi ki... - VİDEOTürkiyəli müğənni Yonca Evcimik "Ayıp şeyler" adlı mahnısını təqdim edib.

BiG.AZ xəbər verir ki, mahnıda yer alan ifadələr və sənətçinin performansı tənqid olunub.

Rep janrında tamaşaçıların qarşısına çıxan Yonca mahnıdakı seksist yanaşmaya görə sərt reaksiyalarla üzləşib.

İlk reaksiya isə sənətçinin illər öncə yer aldığı "Çılgın Bediş" serialının yazarı Burak Akkuldan gəlib. O, "Yonca Evcimik elə bir mahnı çıxarıb ki, 20 il öncə "Çılgın Bediş"i yazdığıma peşman oldum" sözləri ilə müğənnini tənqid edib.

Y.Evcimik isə "2020-ci ildəyik. Yaşananlar ortadadır. İndi eşq, mal-mülk, puldan bəhs edən çiy mahnıların vaxtı deyil. Şiddətin hər növünə "Dur!" demək zamanıdır" sözləri ilə mahnısının dünyadakı şiddətdən bəhs etdiyini söyləyib. /"MediaPost"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1264   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş