Kamil Zeynallı onun ƏLİNİ ÖPDÜ və SÖZ VERDİ - VİDEO

Kamil Zeynallı onun ƏLİNİ ÖPDÜ və SÖZ VERDİ - VİDEOİdmançı Kamil Zeynallı Qəbələdən olan qazimiz 20 yaşlı Elçin Səmədova baş çəkib.

BiG.AZ xəbər verir ki, o bu barədə "İnstagram" hesabında video paylaşıb.

Qazi ilə danışan Kamil onun üçün hər şeyin yaxşı olacağı vədini verib.

Qeyd edək ki, qazimiz Elçin Səmədov Suqovuşan istiqamətində ağır yaralanaraq, nitqində, görməsi və eşitməsində problemlər yaranıb.

Həmçinin onun ürəyinə yaxın məsafədə qəlpə var. Elçin yaxın zamanda əməliyyat olunmalıdır.

Xatırladaq ki, biznes ledi Ruhi Əliyeva da, Elçinin anası Vüsalə Səmədovla telefonla danışaraq, Elçinin bütün xərclərini öhdələyəcəyinə söz verib. O bu barədə "İnstagram" hesabında məlumat paylaşıb. Bildirib ki, "Elçinin sağlamlığına qovuşması üçün mən Ruhi Əliyeva əlimdən gələni etməyə hazıram və bu arzumu artıq Elçinin anası Vüsalə xanıma bildirmişəm.

Elçinin əməliyyatı və müalicəsi ilə bağlı şərəfli missiyanı mən öz üzərimə almaqdan qürur duyuram!"

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6244   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş