15 il istintaqdan yayınan cinayətkar indi də saxta "Milli Qəhrəman" adından istifadə edir

15 il istintaqdan yayınan cinayətkar indi də saxta "Milli Qəhrəman" adından istifadə edirTorpaqlarımızın işğaldan azad olunduğu son iki ay ərzində Azərbaycan xalqı tarixi günlər yaşayır. Ermənistan rəşadətli Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi və təslim oldu. İndi hansı bölgədən olmasına baxmayaraq hamı işğaldan azad olunan kəndlərə, şəhərələrə getmək, 30 ildir həsrətində olduğumuz Qarabağı ziyarət etmə istəyir. Bu günlər həm də Azərbaycan xalqının yumruq kimi birləşməsi ilə yadda qaldı. Minlərlə gənc, keçmiş döyüşçü könüllü olaraq müharibəyə getmək üçün hərbi komissarlıqlara axın etdi, imkanı olan da, olmayan da Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etdi, cəbhəyə kimi qalın paltar, kimi isti yemək göndərdi.

Təəssüf ki, bu günlərdə hamının fikri-zikri Qarabağ, şəhidlərimiz, yaralı əsgərlərimiz olsa da, bəziləri ölkədəki mövcud vəziyyətdən öz mənafeləri üçün istifadə etməsə çalışır. Bəzi saxtakarlar dövlət qurumlarında və ictimaiyyət arasında Qarabağ qazilərinə göstərilən dərin hörmət hissindən yararlanmağa cəhd edir. Onlar saxta sənədlər, yalan məlumatlar təqdim edərək pul qazanmaq istəyirlər.

Bu cür saxtakarlardan biri də özünü Milli Qəhrəman kimi təqdim edən Mahmudov Tərlan Əhməd oğludur. O 300 mm-lik neft kəmərininin mühafizə zonasında - Xırdalan şəhəri Rəşid Behbudov küçəsindəki 5 sot torpaq sahəsini zəbt edib xətdən cəmi 15-20 metr aralı məsafədə qanunsuz tikinti həyata keçirir.

O başqa bir ünvanda yerləşən evə aid saxta sənədləri təqdim edərək tikintiyə icasənin olduğunu iddia edir. Lakin qanunvericiliyə əsasən neft kəmərindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Elə buna görə də SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Tərlan Mahmudova zəbt etdiyi ərazidə tikinti işləri aparmağa icazə vermir.

O isə gah "milli qəhrəman", gah keçmiş polis işçisi, gah da "Qarabağ qazisi" adından istifadə etməklə ətrafına yığdığı şəxslərlə birlikdə hay-küy salaraq, qalmaqal yaradaraq tikintini başa çatdırmağa çalışır. Tərlan Mahmudov SOCAR əməkdaşlarını "bir zənglə bura 500 nəfər Qarabağ qazisi çağıraram" deyib hədələyir, onun qanunsuz tikintisinə göz yumulmasını tələb edir.

15 il istintaqdan yayınan cinayətkar indi də saxta "Milli Qəhrəman" adından istifadə edirSaxtakar "Milli Qəhrəman"

İnternetdə Tərlan Mahmudovun milli qəhrəman olub-olmamasını araşdıran zaman maraqlı faktlarla qarşılaşdıq. Əvvəla onu deyək ki, internet resurslarında olan Milli Qəhrəmanların siyahısında onun adına rast gələ bilmədik. Tərlan Mahmudovun digər bir saxtakarlığı isə odur ki, İctimai Birliyə aid vəsiqəni "Milli Qəhrəman" vəsiqəsi kimi təqdim etməsidir. Bu bir daha onu göstərir ki, Tərlan Mahmudov cəmiyyətdə Qarabağ qazilərinə, Milli Qəhrəmanlara göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışan saxtakardır.

Mahmudov Tərlan İctimai Birliyə aid vəsiqəni "Milli Qəhrəman" vəsiqəsi kimi təqdim edir

15 il axtarışda olan cinayətkar

İnternet üzərindən apardığımız araşdırma ilə Tərlan Mahmudovun cinayətkar olduğunu müəyyən etdik. O bir neçə dəfə törətdiyi cinayət əməllərinə görə hakim qarşısına çıxarılıb. Onun yaşıdları igidlik göstərib həqiqi Milli Qəhrəman adı qazandığı vaxtlarda Tərlan cinayət törətməklə məşğul imiş. 1993-cü ildə bir qadını öldürdüyünə görə 15 il axtarışda olub və 2008-ci ildə yaxalanıb. Lakin o hansısa yollarla bu işdən yaxasını qurtara bilib və həbs edilməyib.

Ətrafda yaşayan sakinlərin dediyinə görə Tərlan Mahmudov keçmiş polis işçisi olduğuna görə hələ də köhnə əlaqələrindən istifadə edir və hansısa yüksək rütbəli polis əməkdaşı ona havadarlıq edir. Ona görə də heç bir qanuni tələbə məhəl qoymur, öz istədiyini edir.

15 il istintaqdan yayınan cinayətkar indi də saxta "Milli Qəhrəman" adından istifadə edir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1529   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 253
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 218
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 794
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 721
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 418
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 332
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1109
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 135