Qarabağda döyüşməkdən imtina edən erməni ayağından güllələnərək ölümə tərk edilib - VİDEO

Qarabağda döyüşməkdən imtina edən erməni ayağından güllələnərək ölümə tərk edilib - VİDEOQarabağda döyüşməkdən imtina edən erməni əsgəri ayağından güllələnərək ölümə tərk edilib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Bildirilir ki, Ermənistanın Çarentsavan şəhərindən hərbi xidmətə çağırılan Vaqa Abramyan, Qarabağda cəbhə bölgələrinin birində döyüşməkdən imtina etdikdən sonra, qəsdən ölümün onu gözlədiyi ən fəlakətli yerə köçürülüb. Buna görə Abramyan silahını orada qoyaraq səngərdən çıxıb.

Bundan sonra komandir tərəfindən aşkarlanan gənc ayaqlarından güllələnib və qanaxmadan ölməsi üçün səngərə atılıb.

Xilas olmağı bacaran Vaqa bir video hazırlayaraq, Ermənistanın gənc vətəndaşlarının Qarabağa cəbhəyə göndərilməsinə icazə verməməyə və gənclərin həyatını xilas etməyə çağırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1852   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş