Dağıntılar altında qalan Busənin kömək çağırışı ÜRƏKLƏRİ PARÇALADI - VİDEO

Dağıntılar altında qalan Busənin kömək çağırışı ÜRƏKLƏRİ PARÇALADI - VİDEOBu gün günorta saatlarında İzmirdə zəlzələ baş verib. 6.6 bal gücündə olan zəlzələ dağıntılara səbəb olub. Hazırda axtarış və xilasetmə tədbirləri davam edir.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, dağıntılar altında qalan Busə adlı bir qız telefonu yanında olub və zəng edərək kömək istəyib.

"İtləri göndərin. Mən də pişik səsi çıxaracam" deyə yardım istəyən qızın bu çağırışı ürəkləri parçalayıb.

Qeyd edək ki, balaca Busə artıq xilas olunub.

Həmin videonu sizə təqdim edirik:

Fidan Bayramova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3457   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş