Türkiyə mətbuatı: "Erməni qüvvələri itki verməyə davam edir"

Türkiyə mətbuatı: "Erməni qüvvələri itki verməyə davam edir"Azərbaycan ordusu erməni qüvvələrinə layiqli cavab verməyə davam edir.

BiG.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılan atəşkəsə baxmayaraq, cəbhənin müxtəlif istiqamətlərindəki Azərbaycan əsgərlərinin yaşayış məntəqələrini atəşə tutan erməni qüvvələri çoxlu sayda itki verir.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamada toqquşmaların əsasən Ağdərə, Xocavend və Qubadlı istiqamətlərində davam etdiyi qeyd olunur.

Ermənistan ordusuna məxsus 2 Su-25 təyyarəsi, 3 T-72 tankı, 1 zirehli piyada maşını, 2 "Smerç" və 1 "Grad" raket sistemi, 10 fərqli tip silah, 2 Gvozdika özüyeriyən obubitsa, 1 OSA zenit, 1 P-18 radar vasitəsi və 4 avtomobil məhv edilib və çox sayda hərbi qulluqçu zərərsizləşdirilib.

Cəbhənin Azərbaycan ordusunun nəzarəti altında olduğu vurğulanıb.

Şəlalə Babayeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş