Koronavirusun bitəcəyi tarix açıqlandı

Koronavirusun bitəcəyi tarix açıqlandıDünyada koronavirusa yoluxma hallarının azalacağı tarix proqnozlaşdırıldı.

Bildirilib ki, infeksiyası ən azı il yarım daha aktiv olacaq.

"RİA Novosti"nin məlumatına görə, "Rospotrebnadzor" (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya bu barədə proqnozunu açıqlayıb.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə periodik olaraq COVID-19 səbəbi ilə "qaynar nöqtələr" ortaya çıxacaq.

Qeyd edək ki, son məlumatlara görə, dünyada 43 777 188 nəfərdə koronavirus aşkarlanıb. Virusdan bu günə kimi 1 164 516 xəstə ölüb, 32 182 181 nəfər sağalıb. Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3762   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş