"VPN" və "WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ - FOTO

"VPN" və "WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ - FOTOErmənilərin sosial şəbəkə üzərindən təxribatları davam edir.

BiG.AZ xəbər verir ki, son dövrlər xarici nömrələrdən bəzi "WhatsApp" istifadəçilərinə "VPN"dən istifadə etdiklərinə görə 101 AZN cərimə edilmələri ilə bağlı smslər gəlir. Cərimənin ödənilməsi üçün isə bank hesab nömrəsi qeyd olunur. Bu isə ermənilərin növbəti təxribatı ola bilər.

Qeyd edək ki, hal-hazırda ölkədə sözügedən tətbiqin istifadəsi ilə bağlı hər hansı cərimə nəzərdə tutulmayıb. Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Xatırladaq ki, ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) vətəndaşları "WhatsApp" üzərindən məşhur şirkətlərin adından həyata keçirilən "fişinq" kampaniyaları barədə xəbərdar etmişdi. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər. /Yeniavaz.com

"VPN" və "WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 24721   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş