Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR - FOTO
Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş "25 uşaq" Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa prezidentlərinə məktub yazıb.
BiG.AZ saytı məktubu olduğu kimi təqdim edir:
- Hörmətli Vladimir Putin, Donald Tramp və Emmanuel Makron,
Rəhbərlik etdiyiniz dövlətlər uzun zamandır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması missiyasını üzərinə götürən Minsk qrupuna həmsədrlik edir. Xocalı şəhəri də Ermənistanın işğalı altındadır. O Xocalı ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yerlə-yeksan edildi, 613 doğmamız qətlə yetirildi.
Ötən illər ərzində qarşılaşdığımız vandalizmlərin durdurulması üçün sizin ölkələrə çox ümid etdik, hər dəfə Minsk qrupundakı təmsilçiləriniz Azərbaycana gələndə torpaqlarımızın azad olunacağını gözlədik. Təəssüf ki, bunu görə bilmədik.
Soyqırımı zamanı bizim - 25 uşağn hər iki valideyni Xocalıda qətlə yetirildi. Bəlkə də təsəvvür edə bilmirsiniz, o zaman bizlər 1-10 yaş arasındaydıq.
Ata-analarımızı gözlərimiz önündə yandırdılar, güllələdilər, dərilərini soydular. Biz o vaxt uşaq idik, nə baş verdiyini anlamırdıq. Ermənilər bizə ömürümüz boyu gözümüzün önündən getməyəcək dəhşətlər yaşatdılar. Valideyn nəvazişindən, ailə istisindən məhrum olduq.
İndi öz torpaqlarımıza qayıtmaq istəyirik. Yenə də düşünürdük ki, öz evimizə qayıtmağımızda, valideyinlərimizin qətlə yetirildiyi, itkin düşdüyü yurdumuza dönməkdə ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika, Rusiya , Fransa bizə kömək edəcək. Çox təəssüf ki, bunun əksini görməkdəyik. Öz evimizə getmək istəyərkən Minsk qrupunun həmsədrləri evimizə gedən yolu kəsirlər.
Axı niyə!
Bizə qarşı soyqırımı törətmiş ermənilərə dəstək olmaq Sizcə həm də o soyqırımı törədənlərə şərik olmaq anlamına gəlmirmi?
Soyqırımı yaşamış uşaqlara kömək etmirsiniz, heç olmasa öz evlərinə qayıtmalarına mane olmayın.
Bu sualımıza cavab verin, doğrudanmı, bizi insan saymırsınız? Bizim də öz evimizdə yaşamaq haqqımız yoxdurmu?!
Evimizə getmək haqqımızı əlimizdən almaq beynəlxalq hüquqa ziddir. Biz öz evimizə getmək istəyirik. Biz Ermənistanın soyqırımına məruz qoyduğu, Yer üzündən silinmiş Xocalımızı diriltmək istəyirik. Biz qətlə yetirilmiş ata-anamızın ruhunu şad etmək istəyirik. Heçmi Allahınız yoxdur? İnsanlıq sizin üçün bu qədərmi dəyərsizdir?
Axı iddia edirsiniz ki, sizin ölkələr nəinki öz daxilində, həm də xaricdə insan hüquqlarını qoruyur. Elədirsə, bizim də hüquqlarımızı qoruyun.
Müraciətimizi cavabsız qoysanız, Xocalı soyqırımını törədənlərə şərik olduğunuzu özünüz təsdiqləmiş olacaqsınız. /Modern.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 5958 Tarix: 28 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR
Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini
25.04.2024 289 "18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil
Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin
25.04.2024 665 Barış Arduç yeni filmə çəkiləcək
Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq
25.04.2024 293 Xıdırlıda inşa edilən məktəb belə olacaq
Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas
10:08 59 Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı
Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay
25.04.2024 419 İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub
İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind
25.04.2024 202 "Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY
Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo
25.04.2024 349 Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü
Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib
25.04.2024 194 Dünyanın ən gənc həkimi: 17 yaşında
Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar
25.04.2024 577