Rəsmi Yerevan separatçıların Paşinyana məktubunu ermənilərdən gizlədib

Rəsmi Yerevan separatçıların Paşinyana məktubunu ermənilərdən gizlədibAzərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Qraparak" məqalə yayıb.

Bildirilib ki, Arutyunyanın müraciəti Ermənistanda "hərbi vətənsevərlik nağılları danışanların üstünə soyuq su səpib". Məqaləyə əsasən, separatçıların başçısı bununla da reallığı qəbul etməyə çağırıb.

Oktyabrın 23-də Araik müraciət edərək atəşkəs rejiminin tətbiqində Rusiya Prezidenti Vladimir Putindən yardım istəmişdi. Müəllif iddia edib ki, işi çətinə düşən Arutyunyan Rusiya prezidentindən yardım istəyir: "Ancaq dinc vaxtlarda o, Rusiyanın "persona non-qrata" ("arzuedilməz şəxs") elan etdiyi Masis Mailyan və Samvel Babayanı "vəzifə"yə təyin etmişdi. Bu baxımdan Araikin Rusiya prezidentinə müraciəti təzadlıdır".

Məqalə müəllifi yazıb ki, Araik Ermənistanın baş naziri Nikol Paşinyana da oxşar məzmunda məktub ünvanlayıb. O, Paşinyandan reallığı qəbul edərək təcili atəşkəsə nail olmağı və danışıqlar masasına oturmasını istəyib. Ancaq bu məktub barədə rəsmi Yerevan məlumat yaymayaraq gizlədib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2405   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş