Azərbaycanda koronavirusun bitəcəyi tarix AÇIQLANDI

Azərbaycanda koronavirusun bitəcəyi tarix AÇIQLANDIBu gün bütün dünyada, eləcə də Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır. Məhz buna görə də gündəlik yoluxma sayı artmaqdadır. Hətta bir neçə gün öncə yoluxanların sayı 950-yə yaxınlaşmışdı. Bu gün bir çoxlarını maraqlandıran məsələ koronavirusun nə zaman bitəcəyidir.

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, insanlarımız karantin qaydalarına əməl etmədikcə, yoluxanların sayı çoxalmaqda davam edəcək:

"Sabah bu infeksiya bitəcək, başqası başlayacaq. Hər payızda soyuqdəymə xəstəlikləri olur. Ona görə də maska taxmaq, sosial məsafənin qorunması və əllərin dezinfeksiya edilməsi vacibdir. Hesab edirəm ki, insanlara təlqin etməliyik ki, virus bitdikdən sonra da karantin qaydalarına əməl etsinlər, xüsusilə payız fəslində. İnsanlar bu yolla qrip viruslarını bir-birinə yoluxdurmazlar. Bu, çox vacib məsələdir. Koronavirus zamanla mutasiyaya uğrayıb zəifləyəcək. Düşünürəm ki, bu ilin sonunda koronavirusdan canımızı qurtara biləcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4955   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş