Pakistan baş naziri "Facebook"u bu fikirləri bloklamağa çağırdı

Pakistan baş naziri "Facebook"u bu fikirləri bloklamağa çağırdıPakistanın Baş naziri İmran Xan "Facebook" şirkətinin rəhbəri Mark Zukerberqə sosial şəbəkədə anti-islam məzmunlu fikirlərin qadağan olunması istəyi ilə müraciət edib.

O, müraciətini "Twitter" hesabında yazıb.

"Sosial media platformalarında şiddət və böhtanların çoxaldığını nəzərə alaraq, "Facebook"da əvvəllər holokosta qarşı olan qadağanın İslamofobiya və İslama nifrət məsələsinə də tətbiq olunmasını xahiş edirəm", - İ.Xan bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif hissələrində müsəlmanlara qarşı təzyiqlər artıb. O, əsasən də Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasını, eləcə də Hindistandakı anti-müsəlman qanunlarını xatırladıb.

Pakistan baş naziri qeyd edib ki, İslam Fransada terrorçuluqla əlaqələndirilməyə başlayıb.

"Bu da Fransadakı müsəlmanların daha da qütbləşməsinə və kənarlaşdırılmasına səbəb olacaq", - deyə o əlavə edib. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 652   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş