"Bir daxma alıb ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm" - Zülfiyyə Bayramova

"Bir daxma alıb ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm" - Zülfiyyə BayramovaTanınmış vəkil Zülfiyyə Bayramova sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, xərçəngdən əziyyət çəkən vəkil "Instagram" hesabında Kəlbəcər haqqında keçirdiyi hissləri yazıb. O, bildirib ki, ömrünün qalan illərini Kəlbəcərdə keçirmək istəyir:

"Vətənimin, torpağımın hər qarışını sevirəm. Amma Kəlbəcərə olan sevgim bir başqadır. Kəlbəcərli deyiləm, uzaqdan, yaxından heç bir əlaqəm yoxdur. Amma o yerləri doğma sanıram özümə. Təsadüfən ad günüm də Kəlbəcərin işğal gününə düşdüyündən heç ad günü keçirmədim. Hər qələbə xəbərinin arasında Kəlbəcərin adını acgözlüklə axtarıram. Bilmirəm Kəlbəcər işğaldan azad oldu xəbərini eşidəndə nə olacaq, bəlkə də qəlbim sevincdən dayanacaq, bəlkə də nəbilim nələr olacaq. Allah o xəbəri tezliklə eşitməyi nəsib etsin.
Söz:bir daxma alıb ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm".

SAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5073   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş