Bu tava və qazanda yemək bişirmək AĞIR XƏSTƏLİKLƏR yaradır

Bu tava və qazanda yemək bişirmək AĞIR XƏSTƏLİKLƏR yaradırAlimlər əkinçilikdə istifadə edilən toxum və gübrələrin ağır metal zəhərlənməsinə yol açdığı qənaətinə gəliblər.

Bəs ağır metallar necə, hansı yollar orqanizmimizə düşür?

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, yeni araşdırmaya görə, bu zəhərlənmə hətta DNT-ni belə zədələyə bilər.

Belə ki, ağır metallar toxumalarda toplanaraq DNT-nin xroniki zədələnməsinə səbəb ola bilər. Bu isə xərçəng xəstəliyinin meydana gəlməsinə şərait yaradır. Bu maddələr daha çox beyin və böyrəklərdə toplanmağa meyillidirlər və hüceyrələrin, orqanların, orqanlar sisteminin normal işini pozaraq ağır fəsadlara yol açır.

Əlamətləri nələrdir?

Ağır metal zəhərlənməsinin baş ağrısı, yorğunluq, əzələ ağrıları, qəbizlik, solğunluq, qan azlığı, koordinasiyanın pozulması, baş gicəllənməsi kimi əlamətləri olur. Həkimlərin sözlərinə görə, ağır metal zəhərlənməsi gizli gedən təhlükəli bir haldır.

Qanda ağır metala rast gəlinməməsi hələ insanın ağır metallarla zəhərlənmədiyi anlamına gəlmir. Bu metallar hər hansı bir orqanda yığılaraq uzun müddət qaldıqdan sonra qanla başqa bir orqana da keçə bilərlər. Yalnız belə olduqda qan analizlərində onlara rast gəlmək mümkün ola bilər.

Bəs ağır metallara yecə yoluxmaq olar?

Ətraf mühitin çirklənməsi, əkinçilikdə istifadə edilən gübrələr, herbisid və pestisidlər, mətbəx ləvazimatları, kosmetik maddələr, çirkli sularda yaşayan dəniz canlıları ağır metal zəhərlənməsində ən vacib qaynaqlardır.

Həmçinin cızılmış və zədələnmiş teflon tavalar, mətbəxdə istifsadə edilən təmizləyicilər, oyuncaq boyaları da bu siyahıya daxildirlər.

Ağır metallarla zəhərlənmənin qarşını almaq üçün bir sıra qaydalara eməl edilməlidir. Çalışın ki, kosmetik vasitələr alarkən mütləq tərkibinə diqqət yetirəsiniz. Diş müalicəsi zamanı amalqam tərkibli plomblardan uzaq durmaq məsləhətdir. Dibdə yaşayan dəniz canlılarından, əsasən də midiyalardan çox istifadə etməyin. Çızılmış teflon qazan və tavaları yeniləri ilə əvəzləyin. Mətbəxdə alüminium folqadan az istifadə edin


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3576   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

TOP MP3