Fuad Muradov Azərbaycan diasporuna müraciət etdi

Fuad Muradov Azərbaycan diasporuna müraciət etdiDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporuna müraciət edib.

Müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda atdığı qətiyyətli addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinə səbəb oldu.

Təxminən 30 il işğalçıların tapdağı altında qalan ərazilərdə tədricən Azərbaycan bayrağı dalğalanır. Beləliklə, Azərbaycan dövləti ərazi bütövlüyünün tamamilə bərpasına doğru gedir.

Şübhəsiz ki, hadisələrin bu gedişatı bütün beynəlxalq normaları pozaraq özünü Dağlıq Qarabağda və Ermənistanda "qanuni hakimiyyət" elan edən kukla rejimi arasında çaxnaşmaya səbəb oldu.

Bütün bunların fonunda erməni tərəfi barbar, qeyri-insani addımlar atır, dinc Azərbaycan şəhərlərini və mülki obyektləri atəşə tutur. Cinayətkar rejimlərin bu addımları, əminliklə "Qarabağ Ermənistanındır" bəyanatını verən antiazərbaycan ideoloqlarının aqoniyasından xəbər verir.

Eyni zamanda, rəsmi beynəlxalq təşkilatlar da daxil olmaqla, bütün dünya ictimaiyyəti erməni cinayətkarlarının Gəncə istiqamətindəki terror hücumlarını birmənalı şəkildə pislədi.

Beləliklə, erməni tərəfi yalnız hərbi deyil, ideoloji cəbhədə də məğlub olur. Azərbaycanın mövqeyinin (atdığı addımların) qlobal səviyyədə düzgün anlaşılması və dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti nəticəsində baş verir.

Bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini və onların "tərifli" diasporunu həyəcanlandırmaya bilməz.

Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndlərini həyata keçirməsi təəccüblü deyil.

Bu qanunsuz aksiyaların məqsədi sonradan Azərbaycan tərəfini cinayət hərəkətlərində ittiham etmək üçün azərbaycanlıları müəyyən addımlara təhrik etməkdir. Sözügedən müstəvidə öz cinayətkar ideyalarının həyata keçirilməsinə üçüncü qüvvələri cəlb edə biləcək ermənilərin təxribatlarına uymamaq çox vacibdir.

Buna görə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi sayıq olmağa, yalnız yaşadığınız ölkələrin qanunları çərçivəsində fəaliyyət göstərməyə və lazım olduqda hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.

Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 21 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 217
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 668
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 310
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1112
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1045
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 355
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 406
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 639
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1008