ABŞ nüvə silahlarını misilsiz dərəcədə inkişaf etdirib - Tramp

ABŞ nüvə silahlarını misilsiz dərəcədə inkişaf etdirib - TrampABŞ Prezidenti Donald Tramp ölkəsinin nüvə silahlarının misilsiz səviyyədə modernləşdirildiyini açıqlayıb.

BiG.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə o, Arizona ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Silahlı qüvvələrinin inkişafına 2,5 trilyon dollar sərmayə qoymuşuq. Dünyanın digər ölkələrinə nisbətən ən yaxşı texnikaya sahibik".

Onun sözlərinə əsasən, ABŞ-ın yeni raketləri, mərmi, gəmi və tankları, misilsiz F-35 və yeni tankerləri var. Tramp Rusiya və Çinin ABŞ-a həsəd apardığını, heç kimin belə bir texnikaya sahib olmadığını vurğulayıb.

O, qeyd edib ki, ABŞ-ın hipersəsli raketləri analoqları ilə müqayisədə yeddi dəfə sürətlidir.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 652   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş