Xalq artisti ÇAĞIRIŞ etdi: "Humanizm və insanlıqdan danışanlar..."

Xalq artisti ÇAĞIRIŞ etdi: "Humanizm və insanlıqdan danışanlar..."Xalq artisti Tünzalə Ağayeva BiG.AZ-a müsahibəsində ermənilərin Gəncəni raket atəşinə tutmasını terror aktı adlandırıb.

"Cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizin atəşə tutulması, mülki vətəndaşlarımızın hədəf alınması vandalizmdir!

Mən BiG.AZ vasitəsiylə dünyaya çağırış edirəm.Humanizm və insanlıqdan danışanlar, bu gün baş verənlərin adı nədir?

Dünya gözünü açsın və yaxşı baxsın. Biz başqa planetdə deyilik. Bu hadisələr hamının gözü önündə baş verir. Bunu görə-görə görməzliyə vururlar özlərini.

Dünya dövlətləri ikili siyasət aparır.Hər kəs öz marağından çıxış edir

Biz Ali Baş Komandanımızla birikdə bu həqiqətləri çatdırmağa çalışırıq

Bu, birmənalı terror aktıdır!

Bu gün Qarabağımız işğalçının əlindən çıxır. Ona görə də,işğalçı bu formada alçaq addımlara əl atır.

Unutmayın, Qarabağ Azərbaycandır!

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6414   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş