Hikmət Hacıyev: "Ermənistan anlaşmanı pozdu"

Hikmət Hacıyev: "Ermənistan anlaşmanı pozdu"Bu gün Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelər üçün mətbuat konfransı keçirilib.

Konfransda ilk çıxış edən şəxs general-mayor Elçin Zeynalov olub.

O, Ermnistanın ölkəmizə təcavüzündən danışıb. E.Zeynalov bildirib ki, konfransda 15 ölkənin hərbi attaşesi, həmçinin, BMT, ATƏT kimi qurumların nümayəndələri iştirak edir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Ermənistanın raket və artilleriya atəşləri ilə münaqişədən aralı olan rayon və şəhərlərimizin atəşə tutulduğunu bildirib:

"Düşmən "Toçka-U" və "Smerç" tipli raketlərlə sivil şəxsləri nişan alır. Onlar bununla beynəlxalq hüququn normalarını pozurlar. Biz Ermənistanla humanitar atəşkəs bağlasaq da, Ermənistan dünən və bu gün mülki şəxslərimizə qarşı hərbi əməliyyatlar aparmaqla bu anlaşmanı pozdu.

Mülki şəxslərə qarşı hücum Cenevrə Konvensiyasının pozulması deməkdir. Onların ölkənin ən böyük enerji obyekti olan Mingəçevirdəki "Azərbaycan" İES-i hədəfə alması bağışlanmazdır. Qarşı tərəf hələ də mülki şəxsləri nişan almaqda davam edir. Əsgərlər hərbçilərlə hərb meydanında üz-üzə gəlmək üçündür, mülki şəxsləri, uşaq və qadınları nişan almaq üçün deyil.

İnsanlarımıza qarşı edilən bu cür aktlar yerli əhalinin hisslərinə təsir edir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu addımını görməzdən gəlməməli və lazımi addımları atmalıdır".

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da çıxışında Ermənistanın mülki şəxslərə qarşı bu addımının insanlığa yaraşmayan bir addım olduğunu bildirib.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1615   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya: "Ukraynada Xarkov və Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Kislovka və Ukraynanın Donetsk vilayətində Novokalinovo qəsəbələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, açıqlamada Ukraynanın Rusiyanın enerji obyektlərinə ziyan vurmaq cəhdlərinə cavab verdiyi və bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələrini

08.05.2024 170
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 909
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 152
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

Sakit okeanda 6,1 bal gücündə zəlzələ oldu

Sakit okeanda yerləşən Vanuatuda zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,1 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Luqanvil bölgəsindən 99 kilometr şimal-şərqdə olduğunu bildirib. Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeyd

08.05.2024 143
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

08.05.2024 222
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

08.05.2024 158
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

08.05.2024 972
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

08.05.2024 177