Hikmət Hacıyev: "Ermənistan silah-sursatı hədiyyə alır"

Hikmət Hacıyev: "Ermənistan silah-sursatı hədiyyə alır""Ermənistan tərəfindən açıq şəkildə, hər hansısa hərbi zərurət olmadan, alçaqcasına Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum həyata keçirilib. Onlar bilərəkdən mülki insanların sıx şəraitdə yaşadığı yerə "Toçka-U" raketi ilə zərbə endiriblər. Bu hücum Ermənistan ərazisindən gerçəkləşib. Bizim qarşımızda alçaq, şərəfsiz, bütün mənəvi dəyərlərdən kənar olan bir düşmən var".

BiG.AZ xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.

"Demək olar ki, Ermənistan bununla ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın fəaliyyətinə öz hörmətsizliyini göstərib. Biz gözləyirik ki, həmin vasitəçilik missiyasını gerçəkləşdirən tərəflər özlərinə bu hadisələrə qiymət versinlər. Ermənistanın sülh haqqında danışıqlarının yalnız riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirdilər ki, bunu da beynəlxalq ictimaiyyət görməlidir", - o qeyd edib.

Hikmət Hacıyevin sözlərinə görə, Minsk qrupu həmsədrlərindən Gəncədəki hadisələrə bir reaksiya gəlməyib:

"Onlar üçün, yəqin bu gün bazar günüdür. Amma bu bazar günündə Azərbaycan xalqına qarşı növbəti bir cinayət, növbəti bir genosid aktı törədilib".

Hikmət Hacıyev bildirib ki, Ermənistan Qarabağ bölgəsinə xeyli silah-sursat cəmləşdirib:

"Konkret fakt bundan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizin bir hissəsini azad edib. Çox çətin bir şəraitdə, qarışbaqarış, addımbaaddım getmişik. Əməliyyat şəraitini də nəzərə almaq lazımdır. Ora o qədər silah-sursat yerləşdirilib, özümüz də çox yaxşı bilirik ki, Ermənistan bunları hədiyyə olaraq alır. Coğrafi baxımdan kiçik olan ərazidə Ermənistan tərəfindən böyük sayda silah-sursat cəmlənib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1234   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914