Cəbrayıllı məşhurlar DANIŞDI: "Qaçqın" sözünə nifrət EDİRDİK

Cəbrayıllı məşhurlar DANIŞDI: "Qaçqın" sözünə nifrət EDİRDİKÖtən gün Cəbrayıl şəhərinin və rayonun kəndlərinin erməni işğalından azad olunması münasibətilə Sonxeber.az-a Cəbrayıldan olan məşhur simalar danışıb.

Müsahiblər sevincli anlarını belə bölüşüblər.

İlk olaraq öz hisslərini Sonxeber.az-la Modern.az saytının redaktoru, əslən Cəbrayıldan olan Əfqan Qafarlı bölüşüb:

"Son günlər Azərbaycan ordusu şanlı tarix yazır. Torpaqlarımızı qarış-qarış düşmən işğalından azad edirik. Bu, bütün azərbaycanlılar kimi, məni də qürurlandırır.

Sevinci sözlərlə ifadə etmək çətindir. Döyüşçülərimiz irəli getdikcə ruhumuz sanki onlarla birgədir. Ümid edirik ki, təkcə Cəbrayıl rayonu deyil, işğal altında olan bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq.

Cəbrayılın xoş xəbərini eşidəndə həyəcan, təlaş hissləri bir-birinə qarışmışdı.

Arzu edirəm ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun və gedib babalarımızın qəbrini ziyarət edək.

Qaçqın düşərkən ali məktəbdə oxuyurdum. Həmin gün mən kəndimizdəydim. Cəbrayıl işğal olunan zaman erməni qoşunları kəndin yuxarısından daxil olanda mən bir neçə gənclə kəndin aşağı hissəsindən çıxdım. Oradan da məcbur olub İran ərazisinə keçdik. O vaxtı 21 yaşım var idi".

Cəbrayıldan olan digər tanınmış sima Əməkdar jurnalist Nüşabə Hüseynlidir. Nüşabə xanım hazırda həm də İctimai Televiziyanın redaktorudur. O, şad xəbəri elə efirdə olan zaman aldığını deyib:

"Mən bu şad xəbəri alanda efirdə idim. Bu xəbər o qədər gözlənilməz oldu ki, ağlıma gəlməzdi, bunu iş başında olarkən ala bilərəm. Öz emosiya və arzularımı ifadə etməkdə çətinlik çəkirəm. Çox möhtəşəm xəbər idi.

Bu hissləri keçirməyi torpaqlarımızdan qaçqın düşmüş hər bir həmvətənimizə arzu edirəm. Bu hisslər misilsiz, heç bir hisslə müqayisə olmayan hisslərdir. Tarixinə, keçmişinə, xatirələrinin bağlı olduğu məkana ayaq qoya bilməyəsən, ora ilə bağlı yerlərə can atasan, qəlbin gedə, amma özün gedə bilməyəsən... Bunlar olduqca çətindir.

Çox xoşbəxtəm. Bütün cəbrayıllıları təbrik edirəm. Biz işğal altında olan digər rayonlarımızı da alacağıq.

Mən Bakıda doğulmuşam. Cəbrayılla bağlı xatirələrim valideynlərim dedikləri əsasında olub. Atam bizi elə böyüdüb ki, biz elə bil dünən oradan gəlmişik. İstərdim mənə kəndimizdə balaca da olsa torpaq verilsin, orada ev tikim".

Daha bir cəbrayıllı müsahibimiz psixoloq Taryel Faziloğludur:

"Cəbrayılın Böyük Mərcanlı kəndindənəm. Sentyabr ayının 27-si ilk alınan kəndlərdən biridir. Kəndimizin alınması xəbərini eşidəndə sözün əsl mənasında şok keçirdim. 12 yaşımda kəndimizdən çıxmışam. Demək olar ki, həmin gündən hər həftə kəndimiz yuxuma girirdi. Bütün həyatım boyu kəndimizi görməyi arzulamışam. Bu xəbər elə xəbərdir ki, eşidəndə sanki həyat donur, dayanır səninçün.
Sadəcə ürək döyüntülərini eşidirsən.

Mənim bu həyatda ən nifrət etdiyim söz var idi. O da məcburi köçkün, qaçqın sözü idi. "Artıq qaçqın deyiləm" fikrinin insana verdiyi rahatlığı, gümrahlığı, qüruru sözlə ifadə etmək olmur. Sanki həyatın rəngi dəyişir.

Bir an öncə həmin kəndə getmək, uşaqlığını geri qaytarmaq istəyirsən. Bizim uşaqlığımızı oğurladılar. Kəndimiz işğal olunanda 12 yaşım var idi. Həmin vaxtdan sanki yarımçıqsan. O xəbəri alandan sonra insan sanki tamamlanır.

Mən öz kəndimizdə işləməyi düşünürəm".

Sonuncu cəbrayıllı müsahibimiz məşhur "Bakı Beynəlxalq Qısa Filmlər" festivalının rəhbəri Fehruz Şəmiyev oldu:

"Adam qəribə hisslər keçirir. İnsalarda torpaqların qayıtmaması ilə bağlı inamsızlıq yaranmışdı. Şad xəbəri eşidəndə göz yaşlarını saxlamayanlar var idi. Şəxsən mən bu xəbəri eşidərkən dönmuş halda oldum.

Bakıda yaxud da digər rayonlarımızda doğulan uşaqlarımız var ki, hamısının doğum şəhadətnaməsində Cəbrayıl yazılıb.

Bu yazı olsa belə onlar orada nə doğulublar, nə də görüblər. İndi sevinirəm ki, sənədlərində elə yazılan uşaqların hamısı gedib oranı görə biləcəklər.

Bizim üzərimizdə məcburi köçkün ifadəsi var idi. Bu damğa bundan sonra heç bir uşağımızın üzərində olmayacaqdır. Onlar digər rayonun sakinləri kimi özlərini hiss edəcəklər.

Arzu edirəm ki, qələbə təkcə bizim rayonla bağlı olmasın. Ordumuzun əks-hücum əməliyyatları dayandırılmasın.

Şuşasız, Kəlbəcərsiz, Laçınsız, Ağdamsız, Zəngilansız, Qubadlısız sevinc tam şəkildə ola bilməz. Həmin torpaqlarmız da azad olunandan sonra rahat nəfəs ala bilərik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3124   Tarix: 05 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

TOP MP3