Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırdı
"Biz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar".
BiG.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
O bildirib ki, indi Dövlətimiz, Ordumuz güclüdür: "Ancaq bizim indiki dəstəyimiz çox önəmlidir. Eyni zamanda qanvermə aksiyalarında iştirak çox vacibdir".
BiG.Az


Xəbərlər Baxılıb: 2160 Tarix: 30 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş