Robert Sekuta: "Qarabağdakı vəziyyət xarici müdaxilələrlə nəticələnə bilər"

Robert Sekuta: "Qarabağdakı vəziyyət xarici müdaxilələrlə nəticələnə bilər""Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlətin, Azərbaycanın suveren ərazilərinə soxularaq oranı işğal edib".

"Report" xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, təqaüddə olan səfir Riçard Hoqland Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən yayımlanan "Sülh çağırışlarına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi davam edir" adlı məqalədə bildirib.

Eyni zamanda, o xatırladıb ki, ABŞ-ın fundamental siyasəti bütün ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.

Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik son bir neçə ayda Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinə birbaşa hücumları nəticəsində artıb. Xəzər Siyasət Mərkəzinin müşaviri Riçard Hoqland vurğulayıb ki, bu hərbi insidentlər təmas xəttində deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu istiqamətində baş verməsi ilə qeyri-adi olub. Regionda ilk qığılcım iyulun 12-də başlayıb, ikinci insident isə sentyabrın 21-də baş verib və nəticədə Azərbaycan ordusunun çavuşu ölüb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri olan Robert Sekuta mövcud vəziyyətin xarici qüvvələrin təhlükəli müdaxilələri ilə nəticələnə biləcəyini qeyd edib. R.Sekuta KİV-də İrandan Ermənistana mümkün hərbi texnika tədarükü ilə bağlı şübhəli xəbərlərin olduğunu da xatırladıb.

"Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı Avropada sülhə və təhlükəsizliyə xələl gətirir, ABŞ tərəflərin həll yolunda irəliləyişə nail olması üçün fəal rol oynamalıdır", - məqalədə deyilir.

Robert Sekuta: "Qarabağdakı vəziyyət xarici müdaxilələrlə nəticələnə bilər"Məqalədə Ermənistanın məhz Tovuz istiqamətində Azərbaycana hücum etməkdə maraqlı olduğu qeyd olunur, çünki ona bitişik Gəncə "boşluğu" dəmir yolları və avtomobil yolları, eləcə də enerji təchizatı üzrə boru kəmərləri üçün həlledici əhəmiyyətə malikdir. "Azərbaycan mühüm tranzit mərkəzi olduğuna görə bu bölgəyə yönələn təhdidlər Azərbaycanın siyasi və iqtisadi sabitliyini pozur. Rusiyanın da bu tranzit dəhlizini pozmaqda öz maraqları var və iyul münaqişəsindən dərhal sonra Ermənistana yeddi hərbi texnika partiyası ixrac olunub. Bu təchizatlar Ermənistanın silah arsenalının müxtəlifliyini artıran ən müasir cihazları əhatə edirdi", - yazıda vurğulanır.

Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvü, ABŞ ordusunun istefada olan general-mayoru Maykl Repassın fikrincə, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Rusiya Ermənistana dəstək verməyi üstün tutaraq bir daha münaqişənin həllinə balanssız yanaşma nümayiş etdirib. "Rusiya Ermənistana qarşılıqsız əsasda böyük miqdarda silah tədarük etməklə, eləcə də Ermənistan silahlı qüvvələri ilə birgə təlimlər keçməklə qeyri-sabitliyi alovlandırıb", - o deyib.

M.Repass Rusiyanın artıq Suriya, Krım, Şərqi Ukrayna, Liviyadakı münaqişələrdə fəal iştirak etdiyini xatırladıb: "Rusiya Azərbaycana və bəlkə də Türkiyəyə qarşı erməni qüvvələrini dəstəkləyərsə, konsultativ potensialını çox tükəndirəcək".

M.Repassın fikrincə, Rusiya Dağlıq Qarabağı bölgədəki strateji "açar" kimi görür və Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinə çox da uduzmasına yol verə bilməz. O diqqətə çatdırıb ki, Rusiya və Türkiyə artıq Suriyada və Liviyada döyüşürlər və Rusiyanın Ermənistanı, Türkiyənin də Azərbaycanı dəstəklədiyi Dağlıq Qarabağ elementinin əlavə edilməsi bu gərginliyi daha da artıra bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3038   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 545
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 114
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 53
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 39
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 257
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 250
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 501
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 325
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 706