Şagirdlər arasında yoluxma artır, məktəblər yenidən bağlana bilər - TƏK ÇIXIŞ YOLU ...

Şagirdlər arasında yoluxma artır, məktəblər yenidən bağlana bilər - TƏK ÇIXIŞ YOLU ...Pandemiya şəraitində yeni tədris ili sentyabrın 15-dən yenidən fəaliyyətə başladı. Distant təhsil bu tədris ilində əsas götürülsə də, məhdudiyyətlər çərçivəsində ənənəvi təhsil də işini davam etdirir. Amma deyəsən, hər kəsin qorxduğu baş verməyə başlayıb. Təxminən 10 gündür fəaliyyətini bərpa edən təhsil ocaqlarında artıq hər gün müəllimlərin, şagirdlərin və digər təhsil işçilərinin koronavirusa yoluxduğu barədə xəbərlərlə qarşılaşırıq. Hadisələrin bu cür cərəyan etməsi ənənəvi təhsilin yenidən tamamilə distant təhsillə əvəz edilməsi məsələsini gündəmə gətirir.

Bəs bu barədə mütəxəssislər nə düşünürlər?

Mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Milli.Az-la fikirlərini bölüşüb:

"Mövcud vəziyyəti nəzərə alsaq, hər gün artıq Təhsil Nazirliyi tərəfindən istər müəllim olsun, istər şagird, istərsə də texniki işçilər arasında olan yoluxma halları ilə bağlı statistik məlumatlar paylaşılır. Hər gün bu informasiya verilir və biz orada müşahidə edirik ki, artıq bəzi siniflər, bəzən olur bəzi məktəblərdə, ümumiyyətlə, tədris dayandırılır, artıq onun şahidiyik. Bu proses belə davam etdikcə qarşıdakı günlərdə Baş nazirin verdiyi qərara əsasən, noyabr ayının 2-nə qədər bu proses qüvvəsindədir, əgər həmin vaxta qədər bu şəkildə yoluxma halları artarsa, o zaman yenidən noyabr ayının 2-dən sonra ölkədə bütün təhsil ocaqları üzrə - istər məktəbəqədər, istər bağçalar, istərsə də ibtidai sinif və orta ümumtəhsil müəssisələri, istərsə də ali təhsil müəssisələrində, hər bir təhsil pilləsi üzrə distant təhsil yenidən davam edəcək.

Əgər biz istəyiriksə, dərslər ənənəvi qaydada olsun, ümumiyyətlə. məktəbə yaxınlaşan hər bir şagirdin temperaturu yoxlanılmalıdır, ondan sonra onların məktəbə buraxılıb buraxılmamağı müəyyənləşməlidir. Eyni zamanda məktəbdaxli izolyasiya qaydalarına mütləq riayət olunmalıdır, əgər biz ənənəvi təhsil istəyiriksə. Həmçinin valideynlər bu işə məsuliyyətlə yanaşmalıdırlar. Onlar əgər övladlarında sağlamlıqları ilə bağlı hər hansı narahatçılıq hiss edirlərsə, övladlarını məktəbə buraxmamalıdırlar. Yaxşı olar ki, onlayn təhsilə üstünlük versinlər. Təbii ki, əgər bunlara riayət olunmasa, dediyim kimi, biz artıq noyabr ayının 2-dən etibarən yenidən distant formalı təhsilə qayıdacağıq".

Xatırladaq ki, Təhsil Nazirliyi dünən məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən Milli.Az-a bildirilib ki, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb. Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3341   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 0
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 259
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 698
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 272
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 564
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 2168
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 714
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 154
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 314