Koronavirusla mübarizədə ƏN FAYDALI VİTAMİN BUDUR

Koronavirusla mübarizədə ƏN FAYDALI VİTAMİN BUDURAmerikalı alimlər müəyyənləşdirib ki, D vitamini səviyyəsi normal olan koronavirus xəstələri xəstəliyi daha yüngül keçirir və ölüm halları daha az olur. Bildirilib ki, D vitamini defisiti olan xəstələrdə isə vəziyyət ağırdır.

Sonxeber.az xəbər verir ki, Boston Universiteti Tibb Fakültəsinin mütəxəssisləri tərəfindən aparılan bu araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc edilib. Alimlər qandakı D vitamini səviyyəsinin xəstəliyin şiddətinə və COVID-19-dan ölüm faizinə necə təsir etdiyini aydınlaşdırıb. Koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilən 235 nəfərdən qan nümunələri götürülüb və D vitamini səviyyəsinin göstəricisi olan serum 25-hidroksivitamin D ölçülüb.

Tədqiqatçılar daha sonra infeksiyanın klinik şiddətini və xəstəliyin nəticələrini, habelə huşsuzluq, təngənəfəslik və hipoksiyanı da əhatə edən ağır simptomları olan xəstələri müşahidə edib. Onlarda həmçinin qanda reaktiv zülal və limfositlərin miqdarını (xəstəliklə mübarizə aparmağa kömək edən immun hüceyrələri) izləyiblər.

Daha sonra amerikalı alimlər bütün bu parametrləri D vitamini çatışmazlığı olan və olmayan xəstələrdə müqayisə edib. Kifayət qədər D vitamini olan koronavirus xəstələrində mənfi klinik nəticələrin - ağırlaşma və ya ölüm riskinin çox aşağı olduğu ortaya çıxıb.

Qeyd etmək lazımdır ki, kifayət qədər D vitamini səviyyəsinə sahib 40 yaşdan yuxarı xəstələrin D vitamini çatışmazlığı olan koronavirus xəstələrlə müqayisədə infeksiyadan ölmə ehtimalı 51,5 faiz daha azdır. Bundan əlavə, daha az C-reaktiv zülal və daha yüksək lenfosit səviyyəsinə sahibdirlər.

"Bu araşdırma D vitamininin yetərli olmasının "sitokin fırtınası" və nəticədə COVID-19-un ölümü də daxil olmaqla fəsadların qarşısını ala biləcəyini birbaşa sübut edir", - tədqiqatın rəhbəri Maykl Holik bildirib.

Bundan əvvəl mütəxəssis, qanda lazımlı D vitamini miqdarı ilə koronavirus infeksiyası riskinin 54 faiz azaldığını və vitaminin yalnız COVID-19-la deyil, həm də mövsümi qrip də daxil olmaqla yuxarı tənəffüs yolları xəstəliklərinə səbəb olan digər viruslarla mübarizə aparacağını vurğulamışdı. Holik qrip və koronavirus birləşməsinin ölüm sayını kəskin şəkildə artırmasına və xəstəliyin gedişatını çətinləşdirə biləcəyinə dair narahatlıqların olduğunu söyləyib. Bu səbəbdən də xüsusilə qış aylarında yeni tip virus və qripə yoluxma riskini azaltmaq üçün D vitamini əlavələri qəbul etməyi məsləhət görüb./publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1343   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1063
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 600
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 840
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 960
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 248
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 691
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1077
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1213
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1116