Məktəblər yenidən bağlanır? - AÇIQLAMA

Məktəblər yenidən bağlanır? - AÇIQLAMAArtıq məktəblərdə 144 şagird koronavirusa yoluxub. Bu gün hər kəsi maraqlandıran sual yoluxma artarsa, məktəblərin yenidən bağlanıb-bağlanmamasından ibarətdir.

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bu yoluxma hallarının məktəblərdə də baş verdiyini təəssüflə bildirib:

"Qeyd etdiyimiz kimi, bu koronavirus pandemiyasına xarakterik xüsusiyyətdir. İnsanların daha çox sosiallaşdığı yerlərdə yoluxmanın artma ehtimalı da artır. Məktəblər açılandan sonra, təbii ki, bəzi məktəblərdə karantin qaydalarına əməl olunmadığına görə yoluxma sayı artıb. Bundan nəticə çıxararaq hesab edirəm ki, məktəblərdə dezinfeksiya işləri güclü aparılmalıdır. Müəllimlərin hərarəti ölçülməli, valideynlər uşaqlarında narahatlıq hiss etdikdə məktəbə gətirməməlidirlər. Tədrisin şərtlərindən biri də könüllülükdür. Yəni valideynlər əyani istəmirlərsə, övladlarının təhsilini distant davam etdirməyi seçə bilərlər. Qəbul olunmuş qaydalara əməl etməklə biz yoluxmanın qarşısını ala bilərik".

Deputat vurğulayıb ki, daha çox sosiallaşan yerdə məsuliyyətimizi dərk etməliyik:

"Bəzən fikirlər səslənir ki, məktəblər bağlanacaq, sərt karantin qaydaları yenidən tədbiq ediləcək. Hesab edirəm ki, biz buna getməməliyik. Tədris də çox vacibir. Çünki təhsil ölkənin gələcəyini formalaşdırır. Fikrimcə, bunları nəzərə alaraq, ikiqat məsuliyyətli olmalıyıq. Müəllim və valideynlər karantin rejimi şəraitində tədbiq edilən müvafiq qaydalara əməl etsə, biz bunun qarşısını ala bilərik. Aparılan tədqiqat nəticəsində Operativ Qərargah bu halları təhlil edir. Bu gün bizim ölkədə epidemioloji dinamika müsbətdir. Görülən tədbirlər nəticəsində biz bu müsbət nəticəni əldə etmişik. Məktəblərdə Operativ Qərargahın tədbiq etdiyi qaydalara əməl edərək təhsilimizi davam etdirməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2196   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş