Bill Qeytsdən pandemiya ilə bağlı VACİB AÇIQLAMA: "Gələn il..."

Bill Qeytsdən pandemiya ilə bağlı VACİB AÇIQLAMA: "Gələn il...""Microsoft" korporasiyasının qurucusu Bill Qeyts koronavirus pandemiyasının başa çatacağı tarixi açıqlayıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, "Fox News Sunday"ə danışan Qeyts ən yaxşı ssenari olaraq pandemiyanın 2022-ci ilə qədər davam edəcəyini deyib.

Koronavirusa qarşı peyvəndin 2021-ci ilin ilk aylarında istifadəyə veriləcəyini vurğulayan Qeyts həyatın normal vəziyyətə geri qayıtması üçün ən az 1 ilə ehtiyac olduğunu ehtimal edib.

Qeyd edək ki, Qeyts daha əvvəl verdiyi açıqlamada dünya üzərindəki 7 milyard insanın peyvəndlənməsi üçün 14 milyard ədəd peyvəndə ehtiyac olduğunu, lakin tarixdə bəşəriyyətin belə bir təcrübəsinin olmadığını dilə gətirmişdi.

Xatırladaq ki, dünyanın ən varlı adamlarından biri olan Qeytsin koronavirusu laboratoriyasında hazırladığı və insanlara çip taxmaq üçün istifadə edəcəyi iddia olunurdu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1402   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş