Azərbaycan və Ermənistan arasında ikinci Qarabağ müharibəsi başlayır? - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında ikinci Qarabağ müharibəsi başlayır? - AÇIQLAMAİki gündür ki, Ermənistan ordusu Azərbaycanla cəbhə bölgəsinin Tovuz istiqamətində təxribatlarını davam edir. Sentyabrın 21-də Tovuz istiqamətində törədilən növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun bir hərbi quluqçusu şəhid olub. Təxribatlar davam edərsə, Azərbaycan-Ermənistan arasında ikinci Qarabağ müharibəsi başlaya bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, son dövrlər Ermənistan Azərbaycana qarşı müxtəlif təxribatlara əl atır:

"Cəbhənin həm Ermənistanla sərhədində, həm də Dağlıq Qarabağ bölgəsində ermənilər təxribatlarını davam etdirirlər. Bu təxribatlar gah Dağlıq Qarabağ bölgəsində seçkilər keçirilməklə, gah da qeyri-qanunu məskunlaşdırma siyasəti ilə aparılır. Eyni zamanda Baş nazir, qondarma rejimin rəhbərliyi Azərbaycana qarşı sərsəm 7 şərt irəli sürüb. Davamlı olaraq Ermənistan xüsusilə Azərbaycanla Tovuz istiqamətində təxribatlara əl atır. Bunun da səbəbi var. Ermənistan rəhbərliyi sadəcə daxildəki gərginlikdən fikri yayındırmağa çalışır. Bu, Ermənistanın döyüş əhval-ruhiyyəsini qaldırmaq istiqamətində növbəti cəhdidir. Belə təxribatların qarşısını almağa ordumuz tam hazırdır və geniş imkanları var. Dövlətin niyyəti qətidir və bu istiqamətdə bütün addımlar atılır".
Deputat qeyd edib ki, hər an düşmən təxribata əl ata və atəşkəsi poza bilər:

"Ona görə də ayıq-sayıq olmalıyıq. Ermənistanın sentyabrın 21-də törətdiyi növbəti təxribatı nəticəsində ordumuzun daha bir hərbçisi şəhid oldu. Bütün bunlar onu göstərir ki, Ermənistan bu təxribatları davamlı etməyə qərarlıdır. Azərbaycan uzun müddətdir ki, Ermənistanla danışıqlar aparsa da, görünən odur ki, ermənilər təxribatları dayandırmaq fikrində deyillər. Artıq bu onlar üçün xarakterik hal alıbdır. Ermənistandan hər şey gözləmək olar. Amma onu da qeyd edim ki, Azərbaycan ordusu bütün təxribatların qarşısını almağa tam hazırdır. Ermənistanın bütün təxribatlarının qarşısı tam qətiyyətlə alınacaq. Azərbaycan torpaqlarının itkisi ilə heç vaxt barışmayacaq. Azərbaycan heç vaxt torpaqlarının itkisi ilə barışmayacaq. Bu gün baş verənlər onu bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün lazım olan addımları atacaq.

Ermənistan da anlamalıdır ki, Azərbaycan işğalla barışmayacaq, bütün potensialından istifadə edərək torpaqlarını işağldan azad edəcək. Azərbaycan bir qarış torpağını da ermənilərdə qoymayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 23340   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477