Dərsliklərlə bağlı problem yaşanır - Şikayətlər var - VİDEO - xeberler

Dərsliklərlə bağlı problem yaşanır - Şikayətlər var - VİDEO

Dərsliklərlə bağlı problem yaşanır - Şikayətlər var - VİDEOYeni dərs ili başlayan kimi dərslik problemi gündəmə gəlib. Çünki yeni tədris ilində şagirdlərə verilən dərsliklərin bəzilərinin vərəqləri çırıqdır. Bəzilərində isə yazıları ümumiyyətlə oxumaq mümkün deyil.

Xezerxeber.az-ın məlumatına görə, Bərdə rayonunun bir çox orta məktəblərindən dərsliklərin keyfiyyətsiz olmasına dair şikayətlər var.

Şagirdlərə verilən əksər dərsliklər köhnəlmiş və istifadəyə yararsız vəziyyətdədir. Övladının yaxşı təhsil almasını istəyən bəzi valideynlər əlacsız qalaraq kitab dükanlarından dərslik almağa məcbur qalırlar. Məktəb rəsmiləri də deyilən iradları təsdiq edərək, vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər.

Kitabların qısa müddətdə yararsız vəziyyətə düşməsinə gəlincə isə, bu, dərsliklərin keyfiyyətsiz materiallardan hazırlanması ilə əlaqələndirilir. Digər səbəb kimi isə bəzi şagirdlərin kitabla düzgün davranmamaları göstərilir.

Problemlə bağlı Bərdə rayon Təhsil Şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, hansı məktəbdə dərslik problemi yaransa belə, vətəndaşlar özləri dərslik almamalıdırlar.

Rayon təhsil şöbəsinin əməkdaşı Cəlal Qasımov söz verib ki, keyfiyyətli kitab çatışmazlığı yaşanan məktəblərin problemi ən qısa zamanda həll olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2675   Tarix: 19 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş