Bakının RETRO MAŞINLARI: 100 yaşı olan bu avtomobil 200 min manatadır – VİDEO

Bakının RETRO MAŞINLARI: 100 yaşı olan bu avtomobil 200 min manatadır - VİDEOBu dəfə Bakının küçələrini bahalı, fərqli görünüşlü müasir avtomobillər yox, hər biri ayrı dövrdən gələn retro maşınlar bəzəyib.

BiG.AZ xəbər verir ki, ARB TV-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Müasir avtomobillərin əcdadı sayılan bu maşınların sahibləri elə özlərinin təsis etdiyi retro klubda bir araya gəliblər. Retro maşın həvəskarlarının üzv olduğu klubda müxtəlif yaşda və markada avtomobillər var.

Kolleksiyanın ən yaşlı nümayəndəsi isə Ford-A modelidir. 1931-ci il istehsalı olan bu avtomobildən Azərbaycanda yalnız bir ədəddir ki, bunun da qiyməti 200 min manata qədərdir.

Fətəli Umudlu - Retro maşın həvəskarı: "10 il əvvəl Amerikadan gətirilib. Maşın 1965-ci ildə restavrasiya olunub. 3-3 mator, 8 silindir, sürət qutusu avtomatdır".

Retro klubun daha bir maraqlı üzvü isə Bakının küçələrində nadir rastlaşdığımız Volga Gaz-24 markalı avtomobildir. 1982-ci il istehsalı olan bu maşının bütün ehtiyat hissələri özününküdür.

Bəxtiyar Nəbiyev - Retro maşın həvəskarı: "Əsas fərq ondan ibarətdir ki,müasir maşınlarda injektor sistemidir, bunda karbüratör. Ümumiyyətlə mühərrikin at gücündə də fərq var. O dövrlərdə 2400 kubluq avtomobilin mühərriki olurdu 80-90 at gücündə, indi 2400 kubluq mühərriklərdə at gücü hətta 170-i də keçir".

Həvəskarlardan avtomobilini orijinal görünüşdə saxlayanlarla yanaşı, əsas görünüşünü qorumaq şərti ilə müasir detallarla yeniləyənlər də var.

Yusif Cavadzadə - Retro maşın həvəskarı: "Maşın artıq 4 ildir məndədir. 1991-ci ilindir, VAZ 21-06-dır, 03 mühərrikdir, 65 at gücündədir. Son 4 ildə maşının çox şeyi dəyişilib. Öz istəyimizə uyğun yığılıb".

Zaur Həsənov - Retro maşın həvəskarı: "Məndə uşaqlıqdan həvəs yaranıb. 2 ildir bu maşın məndədir. "VAZ 21-0 modelidir. Restavrasiya görüb, təzə rənglənib".

Özündə ötən əsrin rəngini, tarixini yaşadan bu maşınlar sərgilərə, fotosesiyalara, klip çəkilişlərinə də təklif alır.

Sənan Səmədov - Retro maşın həvəskarı: "Biz sürüşlərdə sırf maskviçləri təmsil edirik: Festivallarda, çəkilişlərdə klip çəkilişləridə, film çəkilişlərində. Burada 21-40, Konbin, Moskviç - 408, 401-də var".

Maşınların bir hisssəsi sifarişlə xaricdən gətirilib, bir hissəsi isə gənclərə ata və babalarından yadigardır. Bir zamanlar xüsusilə varlı, vəzifəli şəxslərin idarə etdiyi "Volqa", "GAZ" , "Lada" markaları indi nə qədər köhnəlsə də, görünüşü ilə yanaşı, üzərinə hopan tarixi ilə daim seçilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2120   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

TOP MP3