Ekspert: "Azərbaycanda əhaliyə satılan qazın yüksək xərci kompensasiya edilir"

Ekspert: "Azərbaycanda əhaliyə satılan qazın yüksək xərci kompensasiya edilir"Son günlər Azərbaycanda təbii qazın maya dəyərinin 61,89 manat, əhaliyə paylanma üzrə xərclərinin isə 140,48 manat olması mediada müzakirə predmetinə çevrilib. Belə ki, paylanma üçün xərclərin maya dəyərindən çox olması həmin xərclərin nədən ibarət olması ilə bağlı suallar yaradıb. Həmçinin əhali tərəfindən istehlak olunan qazın bir hissəsinin xarici şirkətlərdən alınmasının xərclərin artmasına təsir edib-etməməsi də maraq doğrur.

Məsələ ilə bağlı FED.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə bildirib ki, Azərbaycan daxili bazarında təbii qaz SOCAR tərəfindən təmin olunur və şirkət hasil etdiyi təbii qazın demək olar ki, hamısını daxili bazara yönəldir: "Ötən il SOCAR tərəfindən 6,8 mlrd. kubmetr təbii qaz hasil olunub. Bunun müqabilində isə Azərbaycanın təbii qaz istehlakı son 10 ildə 37% artaraq 2019-cu ildə 11,8 milyard kubmetrə yüksəlib. Buna səbəb sözügedən dövrdə Azərbaycanda sənayenin və əhali üzrə qazlaşdırma səviyyəsinin sürətli inkişafıdır. Belə ki, "SOCAR Methanol" və "SOCAR Karbamid" kimi zavodlarda təbii qaz xammal kimi istifadə olunur və ölkəmizə əlavə dəyər qazandırır. Məsələn, karbamid zavodunda il ərzində 435 mlrd. kubmetr təbii qaz xammal kimi istifadə olunur. Beləliklə, təbii qaz emal olunub karbamid istehsal olunduqda onun dəyəri ən az iki dəfə artır. Metanol zavodunun istehsal həcmi isə cari ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artıb. Bu da xammal olaraq təbii qaz sərfiyyatını artırıb. Əhali qrupu üzrə də son 10 ildə abonentlərin sayı 3 dəfədən çox artıb və hazırda ölkədə 96%-dən çox qazlaşdırma səviyyəsi mövcuddur. Bu da daxili bazarda təbii qaz istehlakımızı artırır".

Ekspertin sözlərinə görə, daxili tələbatın qarşılanması məqsədilə SOCAR-ın hasil etdiyi təbii qazdan əlavə olaraq, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan səmt qazı, habelə "Şahdəniz" konsorsiumundan təbii qaz alınır: "2018-ci ilə qədər isə müəyyən dövrlərdə xarici ölkələrdən təbii qaz alınaraq yeraltı qaz anbarlarına vurulurdu. Qeyd edim ki, Azərbaycanda yeraltı qaz anbarlarının həcmi genişdir və təqribən daxili tələbatın 35%-nə bərabərdir. Bu, bizə təbii qazın ucuz olduğu yay aylarında qazı alaraq anbarlarda saxlamağa və qiymətin yüksək olduğu qış aylarında həm daxili bazarda istifadə etməyə, həm də bir miqdarını ixrac edərək ölkəyə əlavə dəyər qazandırmağa imkan verir. "Şahdəniz 2" layihəsinin istismara verilməsilə bərabər 2019-cu ildən təbii qaz hasilatında ciddi artım baş verdi. Hətta qeyd edim ki, kommersiya qaz hasilatının artım tempinə görə, Azərbaycan ötən il 27,7% artımla dünyada lider oldu. Həmçinin "Ümid" yatağında təbii qaz hasilatı ildən-ilə artır və bu tendensiyanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. Bu səbəbdən, artıq xarici ölkələrdən təbii qazın alınmasına ehtiyac yoxdur, çünki daxili bazarda kifayət qədər qaz mövcuddur".
E. Axundzadə qazın maya dəyəri ilə paylanma xərci arasındakı böyük fərqə də aydınlıq gətirib. O bildirib ki, qazın çıxarılma maya dəyəri 61,89 manatdır və bu, quyunun ağzına qədər qazın çıxarılmasının maya dəyəridir: "Lakin qaz çıxarıldıqdan sonra onun təmizlənməsi, qurudulması, ilkin emal prosesləri, saxlanılması, daha sonra nəqli, əhaliyə çatdırılmadan əvvəl qazın tərkibinə vurulan adarant maddəsinin dəyəri, boruların korroziyadan mühafizə xərcləri, buzlanmanın qarşısını almaq üçün metanol qazının vurulması, bu proseslərdə iştirak edən işçilərin əməkhaqqı ödənişləri əlavə xərclər tələb edir. Bütün bunlar nəzərə alındığı zaman əslində 2019-cu ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edib".

"Əhaliyə satılan qazın dəyəri ilə (1000 kubmetr – 100 manat) onun faktiki xərci (140,46 manat) arasındakı fərq isə dövlət tərəfindən subsidiya yolu ilə kompensasiya edilir. Bunun da əsas məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır", - deyə o bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 525   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643