Soyuducunu təmizləyəndə bunlara əməl edin: Alma, kartof...

Soyuducunu təmizləyəndə bunlara əməl edin: Alma, kartof...Bəzən soyuducunun qapısını açanda gələn qoxu bizi oradan götürəcəyimiz yeməkdən imtina etməyimizə səbəb olur. Soyuducuda saxlanan qidalar üçün onun yaxşı işləməsi ilə bərabər, təmizliyi də əhəmiyyətlidir.

Ağzı açıq qablarda saxlanan qidalar, yuyulmadan qoyulan meyvə, tərəvəz, yumurta soyuducunun içində pis qoxu və bakteriyaların yaranmasına səbəb olur. Soyuducudakı qoxu çox tünd və hopucu olur. Ondan canınızı qurtarmaq elə də asan deyil. Bunun qarşısını almaq üçün soyuducunun mütəmadi olaraq təmizlənməsinə diqqət etmək lazımdır.

BiG.AZ lent.az-a istinadən soyuducudakı iyi itirmək barədə bir neçə üsulu diqqətinizə çatdırır:

Soyuducudаkı pis qoxudan qurtulmaq üçün əvvəlcə cərəyandan ayırıb bir neçə saat gözləmək lazımdır. Silib təmizləmək, sonra ona bir neçə saat ərzində istirahət vermək lazımdır. İldə bir neçe dəfə soyuducunu tam olaraq təmizləmək, ayda və ya iki həftədən bir isə onun bütün rəflərini yuyub, qapısını və ona taxılmış rezini silmək tövsiyə olunur.

Soyuducuları kimyəvi vasitələrlə təmizləmək olmaz. Çünki soyuducuların şüşə və plastik səthləri qoruyucu bantla bağlanıb. Belə kimyəvi maddələr həmin qoruyucu təbəqəyə zərər vura bilər. Bu da həmin yerlərə toz, çirk kimi yad maddələrin yerləşməsinə və mikroorqanizmlərin yaranmasına səbəb olur. Bu isə öz növbəsində qidalar üçün təhlükəlidir. Odur ki, soyuducunuzun içini təmizləmək üçün sodalı və ya sirkəli su kimi yüngül təmizləyicilərdən istifadə etməlisiniz.

Soyuducunun iç hissələrini sodalı su ilə bir süngər, yaxud bez vasitəsi ilə təmizləyin. Sonra soyuducunun içi islaq qalmasın, yaxşı qurulayın. Çıxarıla bilən hissələri isə sabunlu su ilə yuyub durulaya və quruduqdan sonra yerləşdirə bilərsiniz. Soyuducunun üstünü və dəstəklərini yuyucu vasitə ilə silib, qurulaya bilərsiniz. Soyuducuya çökmüş pis qoxunu aparmaq üçün təmizlikdən sonra bir az quru çayı ağzı açıq bir qaba qoyub soyuducuda saxlayın.

Soyuducudan gələn qoxudan qurtulmaq üçün iki yerə bölünmüş alma və ya kartofdan da istifadə etmək olar. Belə təbii qoxu neytrallaşdırıcını 3-5 gündən bir dəyişmək daha yaxşı olar.

Qoxudan azad olmaq üçün daha bir təbii vasitə - soyuducuyа yerləşdirilmiş qara çörək dilimləridir. Soyuducuyа yerləşdirilən qara çörək dilimləri pis qoxunu azaldır. Ətirli quru ədviyyatlar və ədviyyəli otlar soyuducuda xoşagəlməz qoxunu qismən də olsa təmizləyir. Onları profilaktik məqsədlərdə də istifadə etmək olar. Bunun üçün darçın, mixək, vanil, kəklikotu, reyhan, tərxun kimi ədviyyatların 2-3 növünü soyuducunun rəflərinə açıq vəziyyətdə qoymaq lazımdır.

Hazır ətirli məhsulları və yeməkləri ağzı örtülmüş və ya bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Bunun üçün xüsusi konteynerlərdən, paketlərdən, folqadan, qapaqlı qablardan istifadə edin. Ət, balıq, quş məhsulları daha da yaxşı bükülmüş olmalıdır. Tərəvəzlər və meyvələr üçün rəflər isə quru olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2103   Tarix: 12 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882