Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdı

Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdıPandemiya bir çox sahəyə öz təsirini göstərib və göstərməkdədir. Turizmdən tutmuş qida sənayəsinə kimi bütün sahələr zərər çəkib. Bəzi sahələr isə əksinə yaxşı nəticələrə nail olub.

Gördüyünüz kimi pandemiya bəzi sahələrə müsbət, bəzilərinə isə mənfi təsir edib. Gəlin bu təsirlərə daha detallı baxaq.

Bu haqda fərqli sahələrdən olan və öz sahələrində bloqları və işləri ilə fərqlənən insanlardan soruşduq.

CƏFƏR NƏCƏFOV

Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdıCəfər Nəcəfov öz bloqu jafarnajafov.com@jafarnajafov instagram səhifəsində biznesə yeni başlayanlara internetdən pul qazanmağın mümkün yollarını izah edir.

İlk onlayn biznesini 17 yaşında qurub 2 il sonra qurduğu biznesini satan Cəfər Nəcəfov 50-dən çox mobil proqram və oyunların tərtibatçısıdır.
Amazon Affiliate Profits kitabının müəllifidir və Google, Facebook və Microsoft kimi dünya səviyyəsində tanınan şirkətlərin sertifikatlarını əldə edib.
Yaratdığı layihələr ilə Netty, Millinet, Uk Alumni Awards by British Council mükafatlarını qazanıb.

Cəfər Nəcəfov hal-hazırda bir neçə elektron ticarət şirkətlərinin təsisçisi və direktorudur. Şirkətləri bu günə kimi dünyanın 100-dən çox ölkəsinə 100000-dən çox sifariş çatdırmışdır.
Bundan əlavə dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktorudur.

Pandemiya sizin sahəyə necə təsir edib?

- Özümü şanslı hiss edirəm ki, bizneslərim pandemiyanın ən az təsir etdiyi sahələrdən oldu.
Pandemiya başlayan kimi komanda olaraq gördük ki, hər zaman satılan sıradan məhsullarımızın satışları çox azaldı və qərara gəldik ki, artıq satış strategiyamızı insanların istəklərinə görə yox, ehtiyacına görə quraq.
Beləliklə, yanvar ayından etibarən koronavirusdan qorunmaq üçün maska, xüsusi geyim və əlcəklərin satışına başladıq. Qısa zamanda bu cür məhsulların satışları pik həddə çatdı. Əsasən ABŞ və Avropadan olan insanlar Google’da maska hardan ala bilərik yazanda bizim sayt qarşılarına çıxırdı və sifarişi bizim saytdan edirdilər.
Ona görə hər kəsə məsləhət görərdim ki, bizneslərini onlayn qursunlar ki, pandemiya və krizis baş verdikdə onların bizneslərinə ciddi təsir göstərməsin.

FARİDƏ ƏSGƏRZADƏ

Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdıFəridə Əsgərzadənin öz İnstagram səhifəsində (@farida.askerzade) bir gənc sahibkar qadının həyatını göstərir və bu sahədə informativ məlumatlar ilə bölüşür və onlayn biznes konsultasiyalar keçirir .

Fəridə Əsgərzadə - sosial sahibkar, mentor, biznes üzrə müəllim, speaker, influenserdir.
20 yaşından dünyada dəyişiklik etməyə başlamaq istəyən gənc qız hal hazırda PEACHY mobil gözəllik və sağlamlıq xidmət startap layihəsinin qurucusu və idarəediçisidir (@peachy.azerbaijan). HUMAN Foundation platformasının qurucusu (indiyə gədər 20-dən çox layihə və 100+ tədbir təşkil edilmişdir) @human_foundation; HUMANPRENEURSHIP biznes təhsili-konsaltinq platformasının qurucusu və direktoru;

Gənc Parlamentarilərin 5ci Qlobal Konfransında məruzəçi və 2019-cı ildə Azərbaycan Prezidenti və 3500-dən çox gəncin qarşısında Gənclər Gününə həsr olunmuş görüşündə sosial sahibkarlıq və Human Foundationion haqqında çıxış etmişdir. 2019-cu ildə Azərbaycanın İlin İnfluenseri adını qazanmışdır.

Pandemiya sizə necə təsir edib?

Hər bir ideya yarananda o işi hər bir istiqamətdə necə fəaliyyətə göstərəcək, nə gədər aktual olacaq düşünürəm. Biz komanda olaraq həmişə online işləmişik, və bu yaranmış vəziyyət əksinə bizim işimizi çox aktivləşdirdi. Xərclər azaldı, vaxt itgisi azaldı. Və bu səbəbdən də fəaliyəət göstərdiyimiz sahələr əksinə daha da intensiv işləməyə başladı: Humanpreneurship onlayn biznes məktəbini başladıq, Peachy Mobil Gözəllik və Sağlamlıq Servisində (@peachy.azerbaijan)-də usta sayını 10-dan 30-a qaldırdı, Peachy Store - online məhsul satışları fəaliyyətə başladı, Peachy artıq Meksikada açıldı və bir neçə digər ölkələrdə açılmaq üçün müzakirələr gedir, çox sayda onlayn veb-seminar təşkil etdi; Human Foundarion nəznində təşkil olunan beynəlxalq gənclər platforması Young Human Summit Bakıda geçirməyi planlaşdırılmasına baxmayaraq online formatda keçirilməsi üçün dəyişikliklər olundu və noyabr ayında keçirilməsi planlaşdırılır; Azgranata mağazasından içkilər onlayn ünvanlara çatdırılmağa başladı. Hal-hazlrda İnstagram səhifəsi ilə eyni zamanda Telegram səhifəsin üzərində çalışıram, sahibkarlıq mövzusunda podcastlar hazırlayıram.

TARİYEL AĞAZADƏ

Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdıTariyel Ağazadə (@tariyelaghazada) öz Instagram bloqunda sizə sıfırdan startap qurmağı, onlayn pul qazanmağı, mövcud biznesinizi inkişaf elətdirməyi və özünüzün inkişaf etdirməyə kömək olacaq. Tariyel buna kimi 50-dən çox startapa dəstək olub və sürətlə böyüməsinə təkan verib. Dünyanın 30 şəhərini gəzən Tariyel, Amerikanın və dünyanın ən məşhur texnologiya mərkəzlərini gəzib və orada yaşadığı təcrübəsini öz izləyiciləri ilə paylaşır. Bundan əlavə səhifədə startaplar üçün pulsuz böyümə vasitələri də paylaşılır. Instagram’dan əlavə Techland.az platformasında startap və texnologiya mövzusunda müxtəlif videolar təqdim edir və yeni çıxan cihazları icmal edir.

Pandemiya sizə necə təsir edib?
Pandemiya mənə və olduğum sahəyə müxtəlif cür təsir edib. Mənə olan ilk müsbət təsiri o oldu ki, çoxdandır açmaq istədiyim Instagram bloqumu açmağıma təkan oldu. İndi özümün öyrəndiyim və bildiyim mövzuları izləyicilərlə paylaşıram və müzakirə edirəm.

Bildiyiniz kimi bloqumdan əlavə SUP.VC şirkətində proqramlar üzrə menecer kimi çalışıram. SUP.VC Azərbaycanın ilk açılmış akselerasiya mərkəzidir ki, beynəlxalq fokuslu yerli startaplara bizneslərini böyütmək və xarici bazara çıxmağa dəstək olur. Pandemiya zamanı şirkətimizin portfoliosunda olan startapların təqribi yarısı təyziqlərə dayanmayaraq şirkətlərini bağlamalı oldular. Buna səbəb fəaliyyət göstərdikləri sahənin pandemiyaya görə çökməsi yaxud zəifləməsi oldu. Ancaq bəzi startaplarımız əksinə fürsətdən istifadə edərək bu dövrdə yaxşı pul qazandılar və hətta şirkətlərin böyütdülər.

SARA RƏCƏBLİ
Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdı23 yaşlı sosial sahibkar Sara Rəcəbli (@sara.rajabli) sizə sıfırdan sosial biznesi qurmağı, sosial sahibkarlığın yerli və xarici keysləri, beynəlxalq proqramlara müraciət və iştirak təcrübələri haqqında məlumatlar əldə etmək, və özünüzün inkişaf etdirməyə kömək olacaq. Sara BUTA Art & Sweets, Sosial Biznes Gənclər Mərkəzi və Bir Fincan Kitab sosial bizneslərin təsisçisidir. Həyata keçirtdiyi layihələrlə indiyənə kimi 15.000-dan çox insana təsir göstərə bilib. Dünyanın 24 ölkəsinə müxtəlif layihələrlə səyahət edib; ABŞ, Rusiya, Şimali Makedoniya və Azərbaycanda sosial sahibkarlığa aid təlimlər həyata keçirdib. Müxtəlif layihələrdə yaşadığı təcrübəsini öz izləyiciləri ilə paylaşır. Bundan əlavə "Azerbaijan" adlı layihəsi ilə storylərində həm Azərbaycan, həm İngilis dilində ölkəmizə aid maraqlı faktları paylaşır.

Pandemiya sizə necə təsir edib?

İstənilən böhran bizə yeni imkanlar yaradır. Daha çox şəxsi inkişafım və sağlamlığıma fokuslanmağa başladım. "BUTA Art & Sweets" sosial biznesində çalışan xüsusi qayğıya ehtiyacı olan qadınların hazırladığı şirniyyatları veqan etdik və yeni müştəri segmentinə çıxdıq. Pandemiyadan əvvəl daha çox tədbirlər üçün həmən şirniyyatları təşkil edirdik, tədbirlər ləğv olunandan sonra fərdi müştərilərə daha çox fokuslandıq və hal-hazırda veqan mağazası ilə əməkdaşlıq edirik. Eyni zamanda inklüzivlik, əlillik və sağlamlıq mövzularına aid reqionlardan olan valideynlər üçün UAFA təşkilatı ilə birgə vebinarlar həyata keçirtdik.
Gənclərimizin xeyriyyəçilik fəaliyyətini izləyəndən sonra, sosial problemlərin həllində yeni yanaşmalar gətirmək üçün Sosial Biznes Gənclər Mərkəzi sosial sahibkarlıq mövzusu üzrə ölkədə ən böyük onlayn mentorluq proqramını keçirtdi. Proqramda 10 ölkədən 40-dan çox mentor bizim gənclərə və sosial sahibkarlara 3 ay ərzində təmənnasız mentorluq dəstəyi göstəriblər. Proqramda 70-dən çox iştirakçıdan 33 nəfər konkret nəticə əldə edib. Təşkil etdiyimiz mentorluq proqramını sosial sahibkarlıq dünyada üzrə ən böyük icmalardan biri olan Ashoka ChangemakeXchange tərəfindən təşkil olunan COVİD-19 Virtual Hərəkət Sammitində təmsil etdik.
Sosial Biznes Gənclər Mərkəzi Humanpreneurship layihəsi ilə əməkdaşlıq çərçivəsində ölkədə ilk dəfə sosial sahibkarlıq üzrə kurslara start verib. Artıq MDB və qlobal bazarlara da genişlənirik.
İnsanlarımızın tənqidi düşüncə tərzini inkişaf etdirmək məqsədi ilə Bir Fincan Kitab platformasına start verdik. Müxtəlif kitab müzakirələri aparırıq və kitabları teleqram kanalımıza paylaşırıq.

KÖNÜL QULİYEVA

Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdıKönül Quliyeva (@knlguliyeva) - Natiqlik sənəti, Ünsiyyət texnikaları, Bədən dili və Liderlik üzrə təlimçi.

Pandemiya sizə necə təsir edib?

Pandemiya dövründə sərt karantin başlayan kimi işimi necə virtuala daşıya biləcəyim barədə həmən düşündüm və çeviklik göstərərək təlim paketlərini onlayn formata uyğunlaşdıraraq, tələbələri onlayn təlimlərə, vebinarlara cəlb etməyə başladım. Nəticə olduqca uğurlu idi. Çünki vebinar anlayışı hələ tam formalaşmamış bir ölkədə insanlara bunu təbliğ etmək, onlayn təhsilin üstünlüklərini aşılamaq olduqca çətin idi. Lakin zamanla insanlar buna alışdı və təlimlər uğurla reallaşdı. Sosial şəbəkələrdə isə özümü və fəaliyyətimi daha çox auditoriyaya çatdırmaq imkanı əldə etdim. Hətta normal həyatımızda bölgələrdə yaşayan vətəndaşlarla bəlkə də tanış olmaq şansım olmazdı, nəinki pandemiya dövründə gənclər təşkilatlarının dəvəti ilə Silsilə şəklində tədbirlərdə iştirak etdim, vebinarlar keçirtdim. Bu baxımdan pandemiya sanki daha uğurlu oldu mənim üçün. Eyni zamanda, Instagramdan canlı yayımlar açaraq bir çox izləyicinin maraq göstərdiyi mövzular üzrə tanınmış qonaqları dəvət edib söhbətlər apardıq.

ORXAN RZAYEV

Instagram’ın faydalı Azərbaycanlı bloggerləri pandemiyanın təsirlərindən danışdıOrxan Rzayev orkhanrza.com bloqunda və @orkhanrza Instagram səhifəsində startap, rəqəmsal marketinq, müasir bizneslər mövzusunda təcrübələrini bölüşür. 2014-cü ildən fəaliyyət göstərən bloqda azərbaycan, ingilis və rus dillərində 500-dən çox məqalə yayımlanıb.

Startap və rəqəmsal marketinq sferalarında 10 illik təcrübəyə malik olan Orxan "Mediamark" Rəqəmsal Agentliyinin təsisçisidir. Həmçinin Orxan 2017-ci ildə "Eleven Kings" mobil futbol oyunu biznesinin əsasını qoyub. Şirkət İsveçrədə təsis olunub, qısa zamanda 100 min istifadəçiyə çatıb. Dünyaca məşhur futbolçu Ronaldinyo "Eleven Kings" şirkətinin ortağı olmağa və oyunun əsas siması olmağa razılıq verib. İyun ayından "Eleven Kings" startapı İngiltərə Premyer Liqa klubu "Şeffild Yunayted"lə əməkdaşlığa start verib.

İndiyədək 30 fərqli ölkənin 100-ə yaxın şəhərində olan Orxan "Web Summit" (Portuqaliya), "Startup Grind" (ABŞ), "Slush" (Finlandiya), "Pirate Summit" (Almaniya), "Seedstars" (İsveçrə) kimi qlobal startap, texnologiya tədbirlərinin iştirakçısı olub, müxtəlif ölkələrdə investorlar qarşısında təqdimatlar edib.

Orxan Rzayev inanır ki, hər bir azərbaycanlı dünyanı dəyişən texnologiyalar yarada bilər.

Pandemiya sizin sahəyə necə təsir edib?

Pandemiya dövründə sürətlə böyüyən bizneslərdən biri oyun biznesi oldu. Biz də oyun startapı ilə məşğul olduğumuzdan ötən yarım il bizə müsbət təsir etdi. Baş verənləri təhlil edib, daha sürətlə inkişaf etməyi hədəfləmişik.

Ümumiyyətlə rəqəmsal texnologiyalarla məşğul olan insanlar üçün bu kimi forsmajorlar, bir baxımdan, yaxşıdır. Çünki situasiyaya uuğun yeni həllər, yeni təkliflər yarada bilirsən. Hansı ki, normal şəraitdə bunu düşünmürdün. Və bu yeniliklər bəzən inqilabi dəyişikliklərə səbəb olur, hansı ki, tarixdə dəfələrlə şahidi olmuşuq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1306   Tarix: 10 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl

13.12.2025 158
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

Sabah Bakıya sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanı

13.12.2025 277
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 100
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Məşhur serialda "Tərəkəmə" oynadılar - Video

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" səsləndirilib. "Qafqazinfo" xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb. Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilə

13.12.2025 230
.

Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"

"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda

13.12.2025 168
.

Doğum sayı azalıb

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb

13.12.2025 122
.

DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"

Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh

13.12.2025 137
.

TOP MP3