"Deyirdi ki, nə yola düşürşən düş, qazan, gətir" — BAKIDA ƏRİNİ ÖLDÜRƏN QADINDAN ŞOK ETİRAFLAR-VİDEO

"Deyirdi ki, nə yola düşürşən düş, qazan, gətir" — BAKIDA ƏRİNİ ÖLDÜRƏN QADINDAN ŞOK ETİRAFLAR-VİDEOYaşadığı evdə həyat yoldaşını bir bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirli bilinən Vəfa Orucovanın cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Rayonun Məlik Məmmədov küçəsində kirayə yaşadığı evdən şəhər sakini Rövşən Musayev ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilərkən yolda ölüb. Əməliyyat-axtarış tədbirlərinin gedişində mərhumun arvadı Vəfa Orucova tərəfindən qətlə yetirilməsi məlum olub.

İstintaqla müəyyən olunub ki, gecə saat 1:00 radələrində kirayə yaşadıqları mənzildə aralarında şəxsi münasibətlərin pozulması zamanı Rövşən Musayev həyat yoldaşı Vəfa Orucovanın sifət nahiyyəsinə yumruqla zərbələr vurub. Otağa daxil olan övladlarının onları ayırmasına baxmayaraq həyat yoldaşının zərbələrindən qorunmaq üçün qadın mətbəxə qaçaraq ordan bıçaqğı götürüb geri qayıdıb. Ərinin ondan əl çəkməməsini görərək bıçaqla onun kürəyinə bir zərbə vurub.

İş üzrə dindirilən Vəfa Orucova ifadəsində bildirib ki, 2004-cü ildə Rövşən Musayevlə ailə qurub və nigahlarından 3 övladları olub. Həddən artıq əsəbi olan əri onu dəfələrlə döyüb. Bununla əlaqədar Vəfa Orucova iki dəfə şikayət də edib. Amma uşaqları olduğu üçün sonradan ərini bağışlayıb.

Ailədə baş verən söz-söhbətlər əsasən maddi cəhətdən zəif dolanmağdan və yoldaşının onu qısqanmasından yaranıb. Belə ki, Rövşən onu həmişə məcbur edub ki, gedib hardasa işləyib evə qazanc gətirsin.

Sonuncu dəfə mübahisə isə Vəfanın övladına şalvar aldığı üçün yaranıb. Rövşən pul olmadığı vaxta aparıb şalvara pul verməsini ona irad tutub. Vəfa mübahisənin uzanmaması üçün yoldaşına fikir verməyib və yatıb. Rövşən isə başının üstündə duraraq onun və anasının ünvanına nalaiq ifadələr işlədib. Vəfa yuxudan oyanan zaman yoldaşı onun sifətinə yumruqlar vuraraq onu boğmağa başlayıb. Yumruq zərbələrinin təsirindən Vəfanın burnundan qan açılıb. Daha sonra Vəfa ərinin əlindən çıxıb mətbəxə qaçıb və bıçağı götürüb gələn zaman Rövşən onun əlindən alıb. Mübahisə zamanı yoldaşının əlindən düşən bıçağı yerdən qaldırıb onun kürəyinə xəsarət yetirib və bıçağı geri çəkərək bədənindən çıxarıb.

Rövşəni vurduqdan sonra çox həyəcanlı olduğundan nə edəcəyini bilməyib. Əvvəlcə qaynına zəng edib. Yoldaşının onun tərəfindən vurulduğunu bilməmələri üçün Rövşənin küçədən yaralı vəziyyətdə evə gəldiyini və öldüyünü deyib.
Daha sonra isə polis əməkdaşları ilə bölməyə gətirilən Vəfa Orucova hadisəni olduğu kimi danışıb.

Məhkəmə prosesi zaman Vəfa Orucova cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə özünü qısmən təqsirli bilib.

Məhkəmə hesab edib ki, Orucovanın əməli cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidi və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdı.

Sonda məhkəmənin hökmü ilə cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən Vəfa Orucova 12 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2301   Tarix: 08 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

"Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını

18.12.2025 199
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

18.12.2025 263
.

Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB

Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind

18.12.2025 221
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

18.12.2025 194
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

18.12.2025 355
.

Özünə Londonda 8 milyon manatlıq villa ALDI

Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib. Xatırladaq ki, Hande Erçel bir müddət əvvə

18.12.2025 187
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

18.12.2025 202
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

18.12.2025 176
.

TOP MP3