Fərid Mansurov dırnaqarası dünya çempionları barədə: "1-2 nəfərə qalib gəlib, özlərini titullu adlandırırlar"
Azərbaycan millisinin idmançılarından ölkəmizdə koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov çalışdığı qurumun "Facebook"da açdığı canlı bağlantısı zamanı deyib.
O bildirib ki, yalnız sərbəst güləş üzrə Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Dağıstanda koronavirusa yoluxub:
"Təlim-məşq toplanışları olduğu halda, idmançıları Milli İdman Tibb və Reabilitasiya İnstitutuna test verməyə göndərmişik. Bizdə koronavirusa yoluxan idmançı olmayıb. Rusiyada və digər ölkələrdə yoluxan ola bilər. Məsələn, sərbəst güləş millimizin üzvü Şərif Şərifov Dağıstanda yoluxmuşdu. Amma indi sağalıb, qaydasındadır".
Daha sonra yunan-Roma güləşi üzrə Olimpiya, ikiqat dünya çempionu Fərid Mansurov özlərini hər yerdə titullu idmançı kimi təqdim edən şəxslərdən danışıb:
"Dırnaqarası dünya çempionları bizim də nəzarətimizdədir. Biz nazirlik adından idmançıları yarışa göndərəndə həmin turnirin Avropa və dünya çempionatı olmasına, orda neçə idmançının iştirak etməsinə fikir veririk. Amma elə idmançılar var ki, 1-2 nəfərə qalib gəlir, çempion olur, hər yerdə də özünü dünya çempionu kimi təqdim edir. Məsələn, Rövşən Bayramov heç vaxt özünü dünya çempionu adlandırmayıb. Halbuki, adam 2011-ci ildə İstanbulda dünya çempionu olub. Əsl dünya çempionu öz titulunu sadalamır, 1-2 idmançıya qalib gəlmişlər özlərini dünya çempionu kimi təqdim edir".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1734 Tarix: 31 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834 "Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq
Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr
02.09.2021 898 Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il
05.09.2021 730 "Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl
27.08.2021 1378 Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz
12.09.2021 746 Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"
İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind
12.09.2021 850 Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB
Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu
16.09.2021 2354 Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı
Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb
27.08.2021 1074