Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı - Maraqlı faktlar

Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı - Maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən yazıçı dramaturq Seyfəddin Dağlı haqda maraqlı faktları təqdim edir:

Görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Əlağa oğlu Abbasov avqustun 27-də 1921-ci ildə Xızıda anadan olub. O, 13 günlük olanda anası Qəmər vəfat edib. Kənddə hansı qadının balaca uşağı varmışsa, körpəni aparırmışlar onun yanına ki, süd versin.

***

Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də uşaq ata babası Bəhlul kişinin ümidinə qalıb. Bəhlul kişi savadsız adam idi. Amma xeyirxah, əliaçıq, səxavətli olmasıyla özünə hörmət qazanmışdı. Seyfəddin hələ kiçik ikən ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə bu şəhərdə oxuyub.

Ancaq iş elə gətirir ki, Seyfəddin uşaq ikən Bəhlul kişi dünyasını dəyişir. O, atasıgillə yaşamağa başlayır. Atasının ikinci evlilikdən beş uşağı dünyaya gəlmişdi: iki oğlan, üç qız. Analığı Seyfəddinlə pis rəftar etmirdi. Amma hər halda, doğma ananın da yerini vermir.

***

Seyfəddin Cəfər Cabbarlının xətrini çox istəyər, ona inanardı. Ona görə də uşaqlıqda hərdən acıq eləyəndə onlara gedərmiş. Cəfər Cabbarlı isə onu əzizləyər "Nə olub? İncidiblər səni? Gəl, qal bizdə, mənim oğlum ol" deyərmiş. Çox-çox illər ötəndən, Seyfəddin Dağlı uşaq vaxtı oyunlar oynadığı Cəfər Cabbarlının qızı Gülarə ilə ailə qurandan sonra keçmiş günləri yada salıb zarafatla deyir: "O vaxt Cəfər əmi mənə deyirdi ki, gəl qal bizdə. Yəqin elə o vaxtdan qızını mənə vermək istəyirmiş".

Seyfəddinin on üç yaşı olanda Cəfər Cabbarlı da dünyasını dəyişir. Ondan sonra Seyfəddin daha əvvəlki kimi onlara tez-tez getmir. Başı dərslərinə qarışır. Orta məktəbi bitirib, əvvəlcə texnikumda təhsil alır. İlk iş yeri "Kommunist" qəzetinin redaksiyası olur. Bədii yaradıcılığa isə, orta məktəbdə oxuduğu illərdə başlayır.

***

Günlərin birində Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarəyə elçi düşür. Bunun üçün o, Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın direktor olduğu Teatr Muzeyinə gedib: "İstəyirəm, Gülarənin taleyini mənim taleyimlə bağlayasan", deyir. Sona xanım isə "Mən qızımı sənə verərəm", - deyir. - "Ancaq gərək əvvəlcə Gülarənin özüylə danışasan. Onun fikrini öyrənəsən, biləsən, səninlə ailə qurmağa razıdır, ya yox."

Gülarə xanım xatirələrində deyir: O zaman mən anama dedim ki, yəqin bizim ailə qurmağımızı sən istəmisən. Anam isə dedi ki, nə danışırsan? Neçə dəfə iş yerimə gəlib, səni məndən istəyib. Sabah dərsdən sonra məktəbinizin yaxınlığındakı poçtun qabağında səni gözləyəcək. O vaxta qədər Seyfəddinin məni sevdiyini, mənimlə ailə qurmaq istədiyini bilmirdim. Bir dəfə də olsun, bu barədə danışmamışdı. Ancaq onu görəndə həmişə nədənsə uşaq kimi utanırdım. Biz onunla görüşüb söhbət etdik, mənə dedi ki, bir neçə eyibim var, deyim indidən bil. Onlardan biri xoruldamığım, o biri isə çeçələ barmaqlarımdan birinin əyri olmasıdır. Həmin gün gecə saat birin yarısı olardı. Qapımız döyüldü. Gedib açdılar. Seyfəddinin atası, əmisi, bir də dostu, "Kommunist" qəzetinin redaktoru İsrafil Nəzərov qapıda dayanmışdılar. Hamımız heyrətlənmişdik. Gecənin bu vaxtı da elçi göndərərlər? Bizim evlənməyimiz belə oldu. Hər ikimiz tələbəydik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toy etdik. Üç gün sonra Moskvaya getdik".

Bir müddət sonra onların bir oğlu olur. Seyfəddin babasının xatirəsinə ehtiram olaraq uşağın adını Bəhlul qoyur. Sonra isə oğlu Altay, qızı Qəmər doğulur".

***

O, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə "Bakı" telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyir. Seyfəddinin jurnalistlik fəaliyyətinin böyük bir hissəsi "Kirpi" jurnalıyla bağlı olub.

1983-cü il yanvarın 16-da qızı Qəməri doğum evinə aparırlar. Seyfəddin oğul nəvəsi olduğunu eşidib çox sevinir. Ancaq həmin ərəfədə özünün vəziyyəti yaxşı olmur. Ürək ağrıları daha da güclənir. Həmin gün yanvarın 18-i qaynı Aydın gəlib onu həkimə aparmalı imiş. Yuxudan oyanan yazıçı əl-üzünü yuyanda ürək ağrıları şiddətlənir. Həyat yoldaşı qonşuluqda yaşayan Nəriman Həsənzadəgilə qaçıb xəbər verir. "Təcili yardım" xeyli vaxtdan sonra gəlib çıxır. Lakin, bu zaman artıq seyfəddin Dağlı dünyasını dəyişir. Qızı Qəmərə isə düz bir ay atasının ölüm xəbərini demirlər.

***

O, dünyasını dəyişəndən sonra qəribə mistik hadisə baş verir. Son kitabının qonorarı üçün nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayev onun evinə zəng vurub ailə üzvlərinə deyir ki, gəlin Seyfəddinin qonorarını alın. Oğlu gedir və məlum olur ki, atası ölümündən iki gün əvvəl gedib qonorarını alıb. Amma pulları hara qoyduğu məlum deyildi. Bir axşam ailə üzvləri oturub söhbət etdikləri zaman elə bil sirli bir əl kitab rəfindəki kitablardan birini götürüb yerə atır və pullar ətrafa səpələnir. Bu, onun "Azərnəşr"dən aldığı qonorar idi.

Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı - Maraqlı faktlarElçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı - Maraqlı faktlarElçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı - Maraqlı faktlar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3556   Tarix: 29 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817