"Elə olub ki, ərim qaynar şorbanı başıma töküb" - 3 uşaq anası kömək istədi

"Elə olub ki, ərim qaynar şorbanı başıma töküb" - 3 uşaq anası kömək istədiAnkarada yaşayan azərbaycanlı, 38 yaşlı Nailə Həsənova 8 il əvvəl Türkiyə vətəndaşı ilə ailə qurub. Elə həmin andan həyatı alt-üst olub. Nailə birgə yaşadığı Ercan Kapan tərəfindən 8 il ağlasığmaz işgəncələrə məruz qalıb.

BiG.AZ xəbər verir ki, o, başına gələnləri Modern.az-la bölüşüb və Azərbaycandan dəstək istəyib. Həmyerlimizin yaşadıqlarını anlatdığı kimi təqdim edirik:

"Mən Nailə Həsənova, 38 yaşım var, müəlliməyəm. 2012-ci ildə Türkiyəyə gəlmişəm. Burda türklə kəbinlə evləndim. O, rəsmi nikahın da bağlanacağını vəd edərək, məni aldatdı. Azərbaycandan gələndə rəsmi nikah üçün bütün sənədləri hazırlamışdım. Hətta indi də bu sənədlər məndədir. Xoşbəxt olmaq istədim, amma üzüm gülmədi. Evləndiyim şəxsin başqa bir ailəsi olduğunu öyrəndim. Rəsmi nikahlı həyat yoldaşı və ondan 5 uşağı var imiş. Mən bu adamın əlinə düşdüm, onunla münasibətdən 3 uşağım – 2 oğlan, bir qızım dünyaya gəldi. Azyaşlıdırlar - 7, 5 və 3 yaşındadırlar.

Bilirsiniz, Türkiyədə qanuni yaşamaq üçün oturum izni almaq lazımdır. Amma bu adam məni 6 il Türkiyədə qanunsuz yaşatdı. Başımı aldatmağı azmış kimi, məni hüquqsuz bir qul kimi yaşatdı.

4 otaqlı evdə ərim, mən, ərimin rəsmi həyat yoldaşı, onun 5 uşağı və mənim 3 uşağım – 11 nəfər, hamımız birlikdə yaşadıq. Mənim bütün hüquqlarım əlimdən alınıb. Ərim sənədlər, şəxsiyyət vəsiqələri üzərində saxtakarlıq edərək mənim 3 uşağımı öz rəsmi arvadının üzərinə yazdırdı. Səsimi çıxarıb haqqımı istəyəndə isə məni döyməyə başladı. İllərdir vəhşicəsinə döyür, hətta öldürməklə hədələyir. Mənə dedi, getmək istəyirsən get, amma ölsən də uşaqlarını apara bilməzsən. O deyirdi ki, uşaqların belə sənin adına deyil, kimsəyə də sübut edə bilməzsən, sənə heç kəs kömək etməyəcək. Mən də balalarımdan ayrılmaq istəmədiyim üçün bu insana qatlandım. Amma dözümüm qalmadı. 2018-ci ildə qardaşıma dedikdən sonra mənim burda oturum iznim düzəldi. Amma yenə də yoldaşım məni döyməyə davam etdi. Yeməyin duzu az olanda belə bəhanə edib, vəhşi kimi döyürdü. Elə olub ki, qaynar şorbanı başıma töküb. Mən ortancıl oğluma hamilə olanda yeməyi bəhanə edib, dəfələrlə döyüb, belimdən odunla vurub. Qızıma hamilə olanda məni qapı arasında qoyub. Türkiyədə qanuni şəkildə yaşamaq, uşaqlarım öz adıma olsun istədim. Sırf buna görə, qatlanmadığım işgəncə, təhqir qalmadı. O qədər vəhşi adamdır ki, rəsmi həyat yoldaşını da döyür, böyük yaşda qızları var, onlara işgəncə edir. Ortancıl oğlum bir az səs-küylü uşaqdır. 5 yaşında körpə uşaq ata nəvazişi görmək əvəzinə dəfələrlə atası tərəfindən döyülüb, təpiklənib, uşağın başını unitaza salıb. Hər dəfə caninin əlindən balamı zorla qurtara bilmişəm. Onun əlindən xilas edib, qoruduğum üçün də daha pis döyülmüşəm.

Bəlkə də fikirləşərsiniz ki, bu qadının arxa-dayağı, ailəsi yoxdurmu? Atam, anam yaşlıdırlar, ürəkləri buna dayanmaz. Bir qardaşım var, onun da öz ailəsi, dərdi-səri var. Əlindən gəlsə, daha çox köməklik edər. Amma hər kəsin köməyi bir yerə qədərdir.

2018-ci ildə qardaşımın köməkliyi ilə geclə düzəltdirdiyim oturum iznimin 2019-cu ilin sentyabr ayında vaxtı bitirdi. Bunu yoldaşıma deyəndə pul xərcləməsin deyə sənədimi yeniləmədi, dedi ya qaçaq qal, ya da çıx atanın evinə get, uşaqlarını unut. Ona haqqında polisə şikayət edəcəyimi deyəndə məni döydü, üstümə oturub boğmağa çalışdı. İllərlə işgəncələrə qatlandığım üçün onurğa sütunum zədələnib, dəfələrlə əlini ağzıma salıb, ağzımı cırmağa cəhd edib və bütün bu işgəncələrin hamısı uşaqların gözü önündə olub. Artıq bıçaq sümüyə dirənəndə mən qardaşıma hər şeyi demək məcburiyyətində qaldım. Yaşadıqlarımı, üzləşdiyim şiddəti anlatdım. 2019-cu ilin noyabr ayında qardaşımın köməyi ilə 3 uşağımı götürüb o evdən - zindandan çıxa bildim. 1-2 gün sonra qardaşımın tutduğu vəkilin köməyi ilə məhkəməyə baş vurub, uşaqlarımın sənədlərinin düzəldilməsi, şəxsiyyət vəsiqələrində valideyn olaraq mənim adımın yazılması üçün iş açılmasını xahiş etdim. Bu il fevralın 12-də ilk məhkəmə oldu. Hakim DNK testi istədi. Qardaşımın maddi köməkliyi ilə mən və uşaqlarım mart ayının 11-də DNK analizi verdik. Amma uşaqlarımın kimliyində mənim adım yazılmadığı üçün o gün uşaqlarımı uşaq evinə apardılar. Araya koronavirus pandemiyası girdi. Onsuz da ləng yürüyən hüquqi proseslər daha da gecikdi. Çox uzun bir zaman sonra DNK testinin nəticəsi açıqlandı. Nəticə 99,9 faizlə 3 uşağımın da mənim olduğunu göstərdi. Buna baxmayaraq, uşaqlarımın qəyyumluğunu mənə vermədilər. Burda televiziyalara, mətbuata çıxdım, səsimi eşitsinlər, kömək etsinlər deyə danışdım. Uzun zaman sonra, uşaqlarımı yanıma ala bildim. Çox şükür Allaha, balalarım yanımdadır. Amma balalarımın qəyyumluğunu ala bilmirəm. Çünkü hələ vəsiqələr dəyişdirilmir. İyun ayında növbəti məhkəmə oldu və bu məhkəmədə qərar mənim lehimə çıxarıldı. Amma hər məhkəmə apellyasiya yolunu açıq qoyur. Uşaqların atası apellyasiyaya verib. Qəsdən prosesi uzatmağa çalışır. Onun özündən DNK istədilər, boyun qaçırır, test vermir ki, vaxt uzansın. Haqsız ola-ola məni apellyasiyaya verib. Apellyasiya məhkəmələri burda çox uzun çəkir. Bəlkə 1 ildən də çox davam edə bilər. Mən uşaqlarımı həkimə apara bilmirəm, məktəbə yazdıra bilmirəm, gizlilik qərarı olsa belə, bəzən faydasız olur. Hər an yoldaşım bizi tapa bilər, canımıza qəsd edər. Son zamanlar, Allah uzaq etsin, burda belə hallar çoxalıb. Məhkəmənin tezliklə işə baxıb, balalarımın şəxsiyyət vəsiqəsini dəyişdirməyimə icazə verməsi və qəyyumluğun mənə verilməsini istəyirəm. Amma burda çox gec həll edirlər, üstəlik pandemiya dönəmidi, hər şey çox ləng işləyir. Ömür gedir, gün gedir, balalarım təhsilsiz qalır, səhhətində problem olanda həkimə də gedə bilmirik. Hətta Azərbaycandakı qonşulardan öyrəndim ki, uşaqlarımın atası Azərbaycana gedib bizi axtarıb. Nə yaxşı o zaman anamla atam mənim və uşaqlarımı görmək üçün Türkiyəyə gəlmişdilər.

Hazırkı durumu Türkiyədə Azərbaycan Səfirliyinə də danışdım. Azərbaycan Səfirliyi Türkiyə Respublikasına müraciət ünvanladı. Pandemiya ilə bağlı həmin müraciətə də gec cavab verildi. Cavabda bir cümlə qeyd olunmuşdu: "Uşaqların atasına Türkiyə Baş Prokurorluğunda cinayət işi açılıb". Halbuki adam əlini-qolunu sallayıb küçədə rahat gəzir, hələ məni apellyasiyaya verir. Hər an qarşımıza çıxa bilər. Burda dövlətə sığınmaq istəmirəm. Hələ də uşaqların yeni kimliklərini almamışam, qorxuram yenə balalarımdan ayırarlar. Onsuzda 5 ay onlardan ayrı yaşadım, hər gecə başımı yastığa qoyanda sabaha qədər ağlamışam. Qızım körpədir, uşaqlarımı məndən alanda o hələ də ana südü ilə qidalanırdı.

Xahiş edirəm, mənə və balalarıma kömək edin. Övladlarımın qəyyumluğunu alıb, ölkəmə qayıda bilsəm, işləyib onlara baxaram. Artıq burada maddi cəhətdən də çökmüş vəziyyətdəyik. Mən ərimin qorxusundan işləyə bilmirəm, azyaşlı balalarımı evdə tək qoyub, çıxa bilmirəm. Edilən yardımlarla bir yerə qədər dolana bilərəm. Ölkəmə gələ bilsəm, ailəmin də köməkliyi ilə uşaqlarımı təhsilli, sağlam övlad kimi yetişdirə bilərəm. Biz Türkiyədə qalsaq, ərimin qəsdindən qurtula bilməyəcəyik. O məni öldürməmiş, uşaqlarımı məndən almamış əl çəkməyəcək. Öz qızlarına işgəncə etdiyini gözlərimlə görmüşəm. O "ata" sabah-birigün məni öldürüb, övladlarıma zülm edəndə, onlara işgəncə verəndə bunun məsuliyyətini kim daşıyacaq? Balalarımı kim qoruyacaq? Türkiyədə hər gün onlarla qadın öldürülür, uşaq cinayətləri törədilir. Ərim kimi kişilər o qədərdir ki... Gözləri dönmüş, öz övladlarına belə acımırlar. Qadınlara, uşaqlarına qıyırlar. Sonra da ölkə gündəmi cinayət xəbərlərinə bürünür. Mənə, uşaqlarıma bir şey olandan sonra bunun məsuliyyətini kim daşıyacaq?

Çox çarəsiz vəziyyətdəyəm. Azərbaycan prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edirəm. Xahiş edirəm, məni, balalarımı xilas edin! Yalvarıram, bu müraciətimi ölkə rəhbərliyinə çatdırın. Bizim prezidentimiz, birinci vitse-prezidentimiz hər zaman öz vətəndaşlarına arxa-dayaq olublar. Əminəm ki, mənə və balalarıma köməklik edəcəklər. Bir ananın səsinə səs verin!".

"Elə olub ki, ərim qaynar şorbanı başıma töküb" - 3 uşaq anası kömək istədi"Elə olub ki, ərim qaynar şorbanı başıma töküb" - 3 uşaq anası kömək istədi"Elə olub ki, ərim qaynar şorbanı başıma töküb" - 3 uşaq anası kömək istədi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1332   Tarix: 18 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443