Aleksandr Lukaşenko kimdir? - DOSYE
Belarusiyada yayımlanan rəsmi nəticələrə əsasən, 26 ildir iqtidarda olan prezident Aleksandr Lukaşenko böyük bir fərqlə (81%) seçkilərdə qalib gəlib. Lakin cəmi 8% səs toplayan 37 yaşlı müxalifət lideri Svetlana Tixanovskaya bu nəticələrə inamsızlığını bildirib.
Nəticələr elan olunduqdan sonra paytaxt Minskdə etiraz aksiyaları keçirilib. Seçkilərin saxta olduğunu iddia edən yüzlərlə etirazçı saxlanılıb. İğtişaşlardan sonra Avropa Birliyi tərəfindən "diktator" elan olunan Lukaşenko diqqət mərkəzinə çevrilib.
Bu səbəbdən bu gün Lukaşenkonun həyatı bir çoxlarında maraq doğurur. Lukaşenko kimdir?
BiG.AZ oxucularına bu sualın cavabını verir.
ALEKSANDR LUKAŞENKO KİMDİR?
Aleksandr Lukaşenko Sovet İttifaqı dağıldıqdan sonra 10 iyul 1994-cü ildə keçirilən seçkilərdə qələbə çalaraq hakimiyyətə gəlib və indiyə qədər bu dövlətə başçılıq edir.
Təxminən 26 ildir iqtidarda olan siyasətçi, təcrübəsi və dövlət idarəetmə üslubuna görə Avropa Birliyi tərəfindən "diktator" kimi tanınır.
Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk şəhrində anadan olub. Mogilev adına Pedaqoji İnstitutun məzunu olduqdan sonra 1985-ci ildə Belarus Kənd Təsərrüfatı Akademiyasını bitirən Lukaşenko 1975-1977-ci illərdə Sovet Sərhəd Mühafizə Korpusunda, 1980-1982-ci illərdə isə Sovet Ordusunda xidmət edib. Sovet ordusunda zabit kimi xidmət etdikdən sonra 1982-1985-ci illər arasında kolxoz təsərrüfatının vitse-prezidenti vəzifəsini icra edib, burada sovxoz və tikinti materialları fabriklərində rəhbər vəzifələrdə çalışıb.
1990-cı ildə siyasətə qatılan Aleksandr Lukashenko Belarus Sovet Sosialist Respublikasının parlamentinə millət vəkili seçilib. 1993-cü ildə antikorrupsiya komitəsinin sədri vəzifəsində çalışıb.
Sovet İttifaqı dağılandan sonra o vaxta qədər bir çox vəzifələrdə olan Lukaşenko 10 iyul 1994-cü ildə keçirilən seçkilərdə birinci turda 45,1 faiz səslə, ikinci seçkilərdə isə 80.1 faiz səslə prezident seçilib.
Vəzifəyə keçəndən, digər postsovet ölkələrində olduğu kimi, bu ölkədə də geniş yayılmış korrupsiyaya qarşı mübarizəyə başlayan Lukaşenkonun sərt tədbirləri diqqət cəlb etməyə başlayıb. İnsan hüquqları və beynəlxalq hüquqa qarşı etdiyi hərəkətlərə görə ABŞ və Avropa Birliyi tərəfindən "diktator" kimi tanınıb. Avropa Birliyi insan haqlarının pozulmasına görə ona qarşı sanksiyalar da tətbiq edib.
Lukaşenko qərb dövlətləri ilə deyil, şərq dövlətləri ilə güclü əlaqələr saxlayır. Sovet dövrünün sosial-iqtisadi siyasətinə əməl edərək ölkəsini inkişaf etdirməyə müvəffəq olub. Başda Rusiya olmaqla, Şimali Koreya, Türkmənistan, Türkiyə, İran, Qətər, Kuba, Çin, Sudan və Venesuela kimi ölkələrlə yaxşı münasibətləri var.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2516 Tarix: 10 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Finlandiyada Rusiya ilə sərhədin açılması tələbi ilə avtomobil mitinqləri
Finlandiyada Rusiya ilə sərhədin açılmasını dəstəkləyən avtomobil mitinqlərinin keçirilməsi planlaşdırılır. xarici mediaya istinadən xəbər verir ki, aksiyalar Aleksandrovski Cəmiyyəti tərəfindən Lappeenranta Şəhər Şurasının üzvü İvan Devyatkin və digər fəallarla birgə təşkil olunacaq. Məlumata görə
11:13 329 Əmlakları xanımı və digər yaxınlarının adına imiş
"Qumar kralı" Yusif Baqiyev və onunla birgə ittiham olunanların cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham elan edilib. İttihamda deyilir ki, Yusif Baqiyev, Ramil Saadov, Pərvi
15:14 116 Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını
10:58 407 Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d
12:49 308 Avstraliyada dəhşətli terror aktında ölənlərin sayı 16-ya çatıb
Avstraliyanın Sidney şəhərində 14 dekabr tarixində Bondi çimərliyində Hanuka bayramı tədbiri keçirilən zaman terror aktı baş verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, tədbirdə toplaşmış yəhudi icmasına atəş açılıb və nəticədə ən azı 16 nəfər həlak olub, onlarla yaralı var. Hücum polis tərəfində
13:31 146 Macarıstan XİN rəhbəri: Avropa Rusiyaya qarşı müharibə istəyir
Avropa Rusiyaya qarşı müharibəyə başlamaq istəyir. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Sijjarto bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Biz başa düşürük ki, siz həqiqətən də Rusiyaya qarşı Avropa müharibəsinə başlamaq istəyirsiniz. Özümüz
11:55 322 Levon Ter-Petrosyan yenidən EMK Partiyasının sədri seçilib
Levon Ter-Petrosyan dekabrın 14-də keçirilən partiya qurultayında yenidən Ermənistan Milli Konqresinin (EMK) sədri vəzifəsinə seçilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu qərar 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunduğu bildirilib
14.12.2025 409 Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"
16:06 0 Finlandiya və Yaponiya təcrübəsi: Azərbaycanda dərsdənkənar fəaliyyət modeli
"Orta məktəblərdə şagirdlərin asudə vaxtının səmərəli təşkili təhsil keyfiyyətinə, uşaqların sosial-emosional inkişafına və öyrənmə nəticələrinə birbaşa təsir edən ciddi problemdir. Bu məsələ yalnız pedaqoji deyil, həm də idarəetmə, maliyyə və sosial kontekstdə formalaşır. Hazırda Azərbaycan məktəblərind
12:34 119