Finlandiya və Yaponiya təcrübəsi: Azərbaycanda dərsdənkənar fəaliyyət modeli

Finlandiya və Yaponiya təcrübəsi: Azərbaycanda dərsdənkənar fəaliyyət modeli"Orta məktəblərdə şagirdlərin asudə vaxtının səmərəli təşkili təhsil keyfiyyətinə, uşaqların sosial-emosional inkişafına və öyrənmə nəticələrinə birbaşa təsir edən ciddi problemdir. Bu məsələ yalnız pedaqoji deyil, həm də idarəetmə, maliyyə və sosial kontekstdə formalaşır.

Hazırda Azərbaycan məktəblərində dərs yükü beynəlxalq standartlardan yüksəkdir. 9-11 yaşlı uşaqların dərs və əlavə məşğələ vaxtı həftədə 38-42 saata çatır ki, bu da Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 30-32 saat normasını 30%-dən çox aşır. Belə yük uşaqların öyrənmə qabiliyyətini zəiflədir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, "Ümumi təhsil haqqında" Qanunun 30-cu maddəsi məktəblərin şagirdlərin dərsdənkənar fəaliyyətini təşkil etməsini tələb edir. Lakin praktikada bu norma çox zaman formal şəkildə yerinə yetirilir; dərnəklər və klub sistemi əksər məktəblərdə faktiki fəaliyyət göstərmir. Şagirdlərin asudə vaxtı əsasən ev tapşırıqları, repetitor dərsləri və passiv istirahətə sərf olunur:

"Elm və Təhsil Nazirliyinin təşəbbüsləri - "Kiçik Akademiyalar", "STEAM dərnəkləri", "Məktəb Liqası", "Dron klubları" - uşaqların texnoloji düşünmə, komanda işi və liderlik bacarıqlarını inkişaf etdirir. Lakin layihələr hələlik əsasən Bakı və iri şəhərlərlə məhdudlaşır.

Məktəblərdə asudə vaxtın səmərəsiz planlaşdırılmasının səbəbləri həm struktur, həm də sosial xarakter daşıyır: dərsdənkənar fəaliyyət üçün normativ saatlar icra olunmur, infrastruktur çatışmır və bəzi valideynlər sosial fəaliyyətləri "vaxt itkisi" sayır.

Finlandiya və Yaponiya təcrübəsi göstərir ki, dərs yükü az olsa da, dərsdənkənar fəaliyyətlər sistemli planlaşdırılmalıdır. Şagirdlər günün ikinci yarısını idman, robototexnika, rəssamlıq, teatr və könüllülük işlərinə sərf edir. Bu, öyrənmənin keyfiyyətini artırır.

Azərbaycan məktəblərində əsas maneə mərkəzləşdirilmiş idarəetmə və təşəbbüslərin azlığıdır. Məktəblər uşaqların maraqlarına uyğun fərdi inkişaf şəraiti yaratmalı, dərs və asudə vaxtı balanslaşdıran model formalaşdırmalıdır.

Səmərəli təşkili mexanizmi təkmilləşdirsə, uşaqların motivasiyası və dərslərdə diqqət göstəriciləri yüksələcək, müəllimlər üçün yaradıcı fəaliyyət sahəsi genişlənəcək, məktəb mühiti sosial və emosional baxımdan zənginləşəcək.

Elm və Təhsil Nazirliyinin islahatları strateji baxımdan düzgündür. Layihə əsaslı təlim, STEAM, vətəndaşlıq dərnəkləri və könüllülük fəaliyyətləri uşaqların potensialını reallaşdırmaq üçün real addımdır. Regionlarda bərabər tətbiq mexanizmləri qurulsa, Azərbaycan təhsilində həm sosial, həm də intellektual kapitalın keyfiyyəti yüksələcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

16:10 0
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 0
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

14:20 0
.