Xanımlar, sizdən çox xahiş edirik ki...

Xanımlar, sizdən çox xahiş edirik ki...1. Alış-veriş etmək heç zaman əyləncəli olmayıb və olmayacaq da.

2. "Məni sevirsən?" kimi suallar verməyin. Əmin olun ki, sevməsək bir dəqiqə də yanınızda qalmarıq.

3. Bir problem yarananda bizdən məsələni həll etmək üçün kömək istəyin.

4.
8 həftə çəkən baş ağrıları baş ağrısı ola bilməz! Bəlkə bir həkimə dəyəsiniz?

5. Bizdən sizinlə eyni dərəcədə üzülməyi istəməyin. O sizin rəfiqələrinizin işidir.

6. Bir yerə gedəndə, hansı paltarı geysəniz, sizə çox yaraşır. Vallah da, billah da çox yaraşır. İki dəqiqədə bir soruşmayın "yaraşıııır?"

7. Biz kişilər çox sadəyik. Sizdən çörək gətirməyinizi istəyiriksə, əslində sadəcə çörək gətirməyinizi istəyirik. Bundan "çörək niyə stolun üstündə deyil?" kimi bir nəticə çıxarmayın, çox xahiş edirik.

8. Əgər ikibaşlı bir söz demişiksə və onlardan biri sizin xətrinizə dəyirsə, deməli biz o biri mənada demişik. Heç nədən bizi zibilə salmayın, qurban olum...

9. Əgər bir şey istəyirsinizsə, sadəcə deyin. Ordan-burdan suallar verməyin. Mustafanı birdəfəlik deyin ki, məsələni aydınlaşdıra bilək.

10. Əgər kökəldiyinizi düşünürsünüzsə, yəqin ki, kökəlmisiniz. Bizə bu sualı verməyin, cavab verməyəcəyik.

11. Kişilərin əksəriyyətinin 3 cütdən çox ayaqqabısı olmur. Biz sadəyik. Ona görə də 30 cüt ayaqqabınızdan hansının əyninizdəki paltara uyğun gələcəyini soruşmayın. Qadanız alım, soruşmayın.

12. Evi təmizləyib yorulandan sonra üzünüzə baxılmayacaq hala düşmüsünüzsə, bizdən "çox sağ ol" gözləməyin. Bunun bizə heç bir faydası yoxdur. Təmiz bir evdən daha çox baxımlı bir qadınla evi, həyatı paylaşmaq daha mənalıdır. Bir kişiyə təmiz evdən əvvəl təmiz həyat yoldaşı, hətta sadəcə həyat yoldaşı lazımdır.

13. Sizə "nə olub?" sualını verəndə, "heç, hər şey qaydasındadı" cavabını verəndə, sizə inanırıq, bizim üçün məsələ artıq bağlanır. Ona görə də, bir problem varsa, ya sual verməmiş, ya da sual verən kimi cavab verin ki, sonra bizə "anlayışsız, diqqətsiz" sözlərini deməyəsiniz.

14. Kifayət qədər ayaqqabı və paltarınız ola-ola, bizi müflis etdirmək bir sevgi nümayişi deyil. Bu məsələni boykot edirik!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7238   Tarix: 11 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185