Yerli sosial şəbəkələr rəqiblərə məğlub oldular - SƏBƏB

Yerli sosial şəbəkələr rəqiblərə məğlub oldular - SƏBƏBİnstaqram, Feysbuk, Tiktok, Snapchat və digər sosial şəbəkələr startap kimi fəaliyyətə başlasalar da, artıq dünyanın nəhəng texnologiya şirkətlərinə çevriliblər. Çoxları xəbərsiz olsa da, Azərbaycanda da yerli sosial şəbəkələr mövcud olub. Amma bu şəbəkələr maliyyə çatışmazlığı, düzgün olmayan strategiya və digər səbəblərdən bazarda məğlub olublar.

BiG.AZ ted.az-a istinadən bildirir ki, Azərbaycanda Equby adlı sosial şəbəkə olub. Equby 2018-ci ilin fevralında fəaliyyətini bir qədər dondurmaq məcburiyyətində qalıb.

Daha sonra səlahiyyətli şəxslər şəbəkənin adını dəyişərək Friendpy adı altında 2018-ci ilin avqustuna qədər fəaliyyət göstəriblər. Avqustdan sonra şəbəkə işini tamamilə dayandırıb. Hazırda ölkəmizdə belə bir sosial şəbəkə fəaliyyət göstərmir. Friendpy-nin məğlubiyyətinin əsas səbəbi isə maliyyə çatışmazlığı olub. Xatırladaq ki, 2018-ci ilin fevralında sözügedən sosial şəbəkədə artıq 100 min istifadəçi qeydiyyatdan keçmişdi. Amma onların 70-80%-i qeydiyyatdan keçdikdən sonra şəbəkəni birdəfəlik tərk ediblər.

Bir müddət sonra Friendpy ilə paralel olaraq Fristack adlı sosial şəbəkə də fəaliyyətə başlayıb. Lakin o da bir qədər sonra fəaliyyətinə son verməli olub.

Digər platforma Sosial.az da yerli şəbəkə kimi uğur qazana bilməyib. 6 ay ərzində şəbəkəyə 50 min istifadəçi toplanıb. Amma maliyyə problemləri onun fəaliyyətinə son qoymalı olub.

Azərbaycanda Yumroo adlı sosial şəbəkə yaradılıb və inkişaf etmədən bağlanıb. Yumroo hazır platformalar üzərində qurulub. Kifayət qədər reklam olunsa da, effektiv nəticə verməyib.

Ölkəmizdə ilk yerli sosial şəbəkə isə MənimDay.az platformasıdır. Bu şəbəkədə dostlar tapmaq, həmçinin yeni insanlarla tanışlıq, yazışmaq, şəkillərini paylaşmaq və digər maraqlı ünsiyyət formaları birləşib. Yerli şəbəkədə, həmçinin istifadəçilərin fotolarının qiymətləndirilməsi, maraqlı ünsiyyət formaları, bir-birilərinə hədiyyələr göndərmək, digər iştirakçıları yaxından izləmək, bonuslar toplayıb ən yaxşıların Top-100 siyahısına seçilmək kimi imkanlar da mövcud olub.

İllər öncə Azərbaycanda Venu adlı bir sosial video paylaşım şəbəkəsi də yaradılıb. Yalnız Azərbaycan üçün nəzərdə tutulmayan həmin şəbəkənin bir müddət öncə test mərhələsində olduğu deyilsə də, o qədər də məşhurlaşmayıb. Deyilənə görə, bu sosial şəbəkədə İnstaqramdakı hekayə formasında bir dəqiqəlik video və ya şəkil paylaşmaq mümkündür, amma bu paylaşımlara cavab video və ya şəkil formasında verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1122   Tarix: 06 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 373
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 721
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 249
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 440
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 382
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 282
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 832
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 138
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 362