Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLAR

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLARNeft sənayesi Azərbaycan iqtisadiyyatının lokomotivi hesab olunur. Ona görə də ölkənin neft sənayesi obyektlərinin, boru xəttlərinin, neft quyularının təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.

Lakin ölkəmiz üçün bu qədər strateji önəmə malik olan neft sənayesi torpaqları bəzi işbazlar üçün qazanc yerinə çevrilib. Müxtəlif yollarla qanunsuz olaraq zəbt etdikləri mədən ərazilərində, neft kəmələrinin mühafizə zonasında ev tikib satmaqla məşğul olan bu şəxslər, minlərlə vətəndaşın həyat üçün təhlükəli sahələrdə məskunlaşmasına səbəb olublar.

Mədən ərazilərini oğurlamaqla özünə "biznes" quran maklerlərdən biri də İsmayılov Niyazi Müzəffər oğludur. Apardığımız kiçik araşdırma ilə Bayıl-20-ci yaşayış sahəsində Niyazi İsmayılovun mədən ərazisində tikib satdığı 20-yə yaxın yaşayış evi müəyyənləşdirdik. Çernyaxovski, Arif İsmayılov, Yüzbəy Mürsəlov, Gülbala Əliyev küçələrində hər addımbaşı Niyazi İsmayılovun tikdirdiyi evlərə, obyektlərə rast gəlinir. Görünən odur ki, Niyazi İsmayılov "Bibiheybətneft" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisindən öz şəxsi mülkü kimi istifadə edir, istədiyi yerdə ev tikir, istədiyi yerdə market, kafe açır. Halbuki bu torpaqlar Azərbaycan xalqına məxsusdur və ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən intensiv neftçıxarma sahəsidir.

Niyazi İsmayılovun özbaşınalığı o həddə çatıb ki, hətta neft hasilatına birbaşa müdaxilələr edir. Təsəvvür edin, o xüsusi texnika cəlb edərək 34 88 nömrəli işlək neft quyusunun ətrafındakı avadanlıqları kənarlaşdıraraq tikinti üçün hazır vəziyyətə gətirib. Mühafizəçilərin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq müxtəlif vaxtlarda həmin neft quyusuna 5-10 metr məsafə 4 ev və 1 obyekt tikib.

Məsələnin ən qəribə tərəfi isə aidiyyatı orqanların indiyə qədər Niyazi İsmayılovun etdiyi qanunsuz əməllərə qarşı hər hansı addım atmamasıdır. Hansısa məmurun passivliyi və ya problemi görməzdən gəlməsi Niyazi İsmayılovu öz cinayətlərini genişləndirməyə sövq edir. Bu vəziyyətdən isə ölkənin neft sənayesi və hoqqabaz maklerin aldadaraq torpaq satdığı vətəndaşlar əziyyət çəkir. Çünki mədən ərazilərində radiasiya fonu normadan dəfələrlə çox olduğundan burada uzun müddət yaşamaq insanlarda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Bundan başqa neft və qaz kəmərlərində, eləcə də neft quyularında hər an qəza və ya partlayış baş verə bilər ki, bu da ətrafda yaşayan insanların həyatı üçün böyük təhlükə mənbəyidir. Həmçinin bu cür fövqəladə hallarda mühafizə zolağındakı evlər qəzaya operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngidir.

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLAR34 88 işlək neft quyusunun mühafizə zolağında Arif İsmayılov küçəsində Niyazi İsmayılova məxsus 2018-ci ildən fəaliyyət göstərən restoran, kafe, mağaza və avtoyuma məntəqəsi

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLARNiyazi İsmayılov

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLARBibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisində 3488 saylı quyunun mühafizə zolağında Arif İsmayılov küçəsi dalan-2 ünvanında 2020-ci ildə tikilmiş fərdi yaşayış evi
Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLARNeft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLARBibiheybət Neft-Qazçıxarma İdarəsinin 2141 işlək neft quyusunun təqribən 10 metrliyində Niyazi İsmayılovun mənimsədiyi torpaq sahəsi

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLAR3488 nömrəli işlək neft quyusunun 10 metrliyində, Arif İsmayılov küçəsində karantin rejimindən istifadə edib tikdirdiyi yaşayış evi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1134   Tarix: 06 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133